İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Məşhur tiktoker evinin qarşısında ÖLDÜRÜLDÜ - FOTO

2314 28.04.2024 10:40 Dünya A A

TikTok-da yüz minlərlə izləyicisi olan məşhur İraq fenomeni Om Fahad Bağdadda naməlum şəxslər tərəfindən güllələnərək öldürülüb.

Musavat.com xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, Om Fahad evinin qarşısında avtomobilində olarkən motosikletdə olan şəxs tərəfindən odlu silahla öldürülüb.

İraq Daxili İşlər Nazirliyinin açıqlamasında qeyd edilib ki, paytaxt Bağdadın Zayuna bölgəsində naməlum şəxslər tərəfindən sosial mediada tanınan bir qadının qətlinə aydınlıq gətirmək üçün xüsusi əməliyyat qrupu yaradılıb.

Qeyd edək ki, Fahad keçən il “ictimai əxlaqa” uyğun gəlməyən videolar paylaşdığı üçün 6 ay həbs cəzasına məhkum edilmişdi. Yerli media Om Fahad ilə başqa bir sosial media fenomeni Dalia Naeem arasında gərginliyin olduğuna diqqət çəkir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR