İnsanlara hürriyət, millətlərə istiqlal!

Taciklərə Qazaxıstana səfər etməmək xəbərdarlığı edilib

462 08.05.2024 12:43 Dünya A A

Tacikistan Xarici İşlər Nazirliyi Qazaxıstana səfər etməyi planlaşdıran vətəndaşlarına müraciət edib.

Musavat.com yerli mediaya istinadla xəbər verir ki, Tacikistan vətəndaşlarına Qazaxıstanın beynəlxalq hava limanlarında tətbiq edilən gücləndirilmiş təhlükəsizlik tədbirləri ilə bağlı mümkün yoxlamalar barədə xəbərdarlıq edilib.

XİN-in bəyanatında bildirilir ki, tacikistanlılar Qazaxıstana gələrkən sərhəd və gömrük nəzarəti zamanı səfərin məqsədi və vaxtı, yaşayış yeri, Qazaxıstanda dostlarının və ya qohumlarının olması ilə bağlı suallara cavab verməyə hazır olmalı, onların yaşayış ünvanı və əlaqə telefonlarını göstərilməlidir.

“Tacikistan və Qazaxıstanın müvafiq idarələri arasında sıx və konstruktiv qarşılıqlı əlaqə qurulub”, - deyə respublikanın Xarici İşlər Nazirliyi vurğulayıb.

Aprelin sonunda yüzlərlə Tacikistan vətəndaşı Qazaxıstanla Rusiyanın Orenburq vilayətinin sərhədində yerləşən Sərqarçin keçid məntəqəsində bir neçə gün ləngidildikləriindən şikayətləniblər. Onların sözlərinə görə, Rusiya sərhədçiləri onlara “sistem nasazdır” desələr də, uşaqları, qocaları və başqa ölkə vətəndaşlarını içəri buraxırlar.

Tacikistan vətəndaşlarına qarşı bu cür davranış martın 22-də “Crocus City Hall” konsert zalında terror aktı törədənlərin tacik millətindən olmasıyla bağlıdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR