İnsanlara hürriyət, millətlərə istiqlal!

“Taksi xidməti kəskin bahalaşacaq”

1933 10.05.2024 15:30 Ölkə A A

"Bakıda ənənəvi taksi xidmətinin fəaliyyəti genişlənəcək".

Musavat.com xəbər verir ki, bunu "Qaynarinfo"ya açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov son günlər özəl taksi xidmətində gediş haqqının artmasına aydınlıq gətirərkən deyib.

Ekspert özəl taksi xidmətinin qiymətində müşahidə edilən artımının davam edəcəyini vurğulayıb:

"Vəziyyətdən istifadə edib taksi sürücüləri qiymətlərini qaldıracaqlar. Xüsusi ilə də bayram günlərində qiymətlər kəskin artacaq. Qarşıdan isti  aylar, uzunmüddətli tətillər gəlir. Tətil günlərində bahalaşma davam edəcək. Payız aylarında isə alternativ variantların olacağını ehtimal edirəm".

Aslan Əsədov hesab edir ki, həmin müddətə kimi ənənəvi taksi xidməti ilə bağlı müraciətlər üstünlük təşkil edəcək:

"Məsələn, əvvəl üç manata gedilən yol bu gün 10-12 manat arasında təşkil edir. Sərnişin sifarişin baha olduğunu bilir, amma ənənəvi taksi xidmətinə müraciət edəndə baxırsan ki, 10 manata xidməti 5-6 manata həyata keçirirlər. Ənənəvi xidmət bazarda yerini möhkəmləndirəcək. Bütün bunlara səbəb 15 ildən artıq işləyən avtomobillərin istifadəsinə qoyulan qadağadır".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR