İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış həkim VƏFAT ETDİ - FOTO

1269 02.05.2024 14:27 Ölkə A A

Azərbaycan Tibb Universitetinin Ümumi cərrahiyyə kafedrasının dosenti Vahid Ziyəddin oğlu Qaraqurbanlı vəfat edib.

Musavat.com Unikal-a istinadən xəbər verir ki, tibb elmləri üzrə fəlsəfə doktoru, ali dərəcəli cərrah Vahid Qaraqurbanlı 1949-cu ildə Ermənistan SSR Kalinino rayonunun Qızıl Şəfəq kəndində (Qərbi Azərbaycanın Dağ Borçalısı Loru mahalının Cucikəndində) anadan olub.

1968-1974-cü illərdə Azərbaycan Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsində ali təhsil alıb və Moskvada internaturanı bitirdikdən sonra orada Mərkəzi Şəhər Xəstəxanasında işləyib.

1979-1981-ci illərdə V.M.Vladimirski adına Moskva Vilayəti Elmi-Tədqiqat İnstitutunda tam klinik ordinatura kursunu bitirib əmək fəaliyyətini 15 saylı Moskva Şəhər Kliniki Xəstəxanasında davam etdirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR