İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış şəxs hava limanında ətir oğurlayarkən SAXLANILDI FOTO

1267 27.04.2024 16:53 Hadisə A A

Tanınmış basketbol hakimi Matey Boltauzer idarə etdiyi "Partizan"- "Monako" matçından sonra Belqrad hava limanında ətir oğurlayarkən saxlanılıb.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, ötən ilin dekabrın 5-də baş verən bu hadisədən sonra sloveniyalı referi nəzarətə götürülüb. 

M.Boltauzerin hava limanının mağazasından 221 avro dəyərində ətir oğurladığı müəyyən edilib.

Təhlükəsizlik əməkdaşları tərəfindən cinayət başında yaxalanan hakim hadisə yerində əməlini etiraf edib.

Nəticədə o, 30 min dinar cərimə ödəyib və sərbəst buraxılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR