İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Bu ölkələr Azərbaycana qarşı HƏRƏKƏTƏ KEÇDİ: "Yeni müharibə..." - ŞOK DETALLAR

3200 24.04.2024 14:37 Son xəbər A A

"İlham Əliyev sərhəddəki təhlükəni açıqladı: 3 ölkə Ermənistanı Azərbaycana qarşı silahlandırır"

Məlum olduğu kimi, aprelin 23-də ADA Universitetində "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forum keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev forumda iştirak edib.

Musavat.com xəbər verir ki, Azərbaycan liderinin açıqlamaları dünya mediasında gündəmə gətirilib.

Türkiyənin nüfuzlu "Anadolu Ajansı" "Əliyev sərhəddəki təhlükəni açıqladı! 3 ölkə Ermənistanı Azərbaycana qarşı silahlandırır" başlıqlı yazı dərc edib.

Agentlik Azərbaycan Prezidenti İlham Əliyevin sərhəddə yeni təhlükənin olduğu barədə açıqlamalarına diqqət çəkib:

aliyev-sinirdaki-tehlikeyi-duyur.jpg (123 KB)

"Əliyev deyib ki, Fransa, Hindistan və Yunanıstan Ermənistanı Azərbaycana qarşı silahlandırır. Azərbaycan 1994-cü ildən erməni ünsürlərinin işğalı altında olan Qarabağdakı torpaqlarını Türkiyənin dəstəyi ilə Ermənistandan azad edib. Ermənistan 1988-ci ildə I Qarabağ müharibəsi zamanı işğal etdiyi 4 kəndi Azərbaycana verməyə razılaşdığı halda, Azərbaycan prezidenti İlham Əliyev qapıda yeni müharibə təhlükəsinə diqqət çəkib. Əliyev Fransa, Hindistan və Yunanıstanın Ermənistanı Azərbaycana qarşı silahlandırdığını elan etdi".

Nəşr İlham Əliyevin aşağıdakı fikirlərindən sitat gətirib:

a939d1f5935e98002d7ccedb7d7ccca9.jpg (84 KB)

"Biz sülh müqaviləsi imzalamağa həmişəkindən daha yaxınıq. İşğal zamanı heç vaxt buna yaxın olmamışıq. O zaman biz, hətta əsas prinsiplər barədə razılığa gələ bilmirdik. İndi sülh müqaviləsinin necə olması barədə ümumi anlayışımız var. Biz sadəcə təfərrüatları işləməliyik. Bu məsələ 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyannamədə (Rusiya, Azərbaycan və Ermənistan arasında) qeyd olunub. Bəli, orada Zəngəzur dəhlizi termini yer almayıb, lakin Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında yol əlaqəsinin olacağı və bu yolun təhlükəsizliyinin rus qoşunları tərəfindən təmin ediləcəyi yazılır. Ermənistan 3 ildən artıqdır ki, bu maddəni pozur. Onlar Naxçıvanla yol əlaqəsinin yaradılmasına mane olurlar.

Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır. Bunu açıq şəkildə edirlər və hətta bizə nəyisə sübut etməyə çalışırlar. Biz də oturub gözləyə bilmərik. Biz bu münasibəti Ermənistan hakimiyyətinə və bu gün Ermənistanı qorumağa çalışan tərəflərə açıq şəkildə çatdırdıq. Əgər özümüzə ciddi təhlükə görsək, ciddi tədbirlər görməli olacağıq.

Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizlik və sabitliyin mühüm meyarıdır. Türkiyə ilə Ermənistanın yaxınlaşması və Azərbaycanla Ermənistan arasında normallaşma paralel aparılmalıdır. Həm bizim, həm də Türkiyə prezidentinin mövqeyi bu istiqamətdədir”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR