İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna cəbhəsində yaralanan məşhur vəkil danışdı: "Moskvaya aparırlar, yoldayıq..." - FOTO, VİDEO, EKSKLÜZİV

2220 01.05.2024 01:26 Son xəbər A A

Rusiyanın tanınmış vəkili, Azərbaycan kökənli Elman Paşayevdən yeni xəbər var. Ukrayna cəbhəsində yaralanan hüquqşünas Musavat.com müxbirinin suallarına cavab verib.

O, deyib ki, hal hazırda özünü yaxşı hiss edir, ilk tibbi yardımdan və müşahidə altında tutulduqdan sonra onu Moskvaya nəql edirlər: "Təcili yardım maşını ilə yola düşmüşük, hazırda Rostov şəhərini də keçdik. Sabah səhər 8 radələrində Moskvadakı xəstəxanaya nəqlim baş verəcək".
Elman Paşayevin vəziyyəti sabit - ağır kimi qiymətləndirilir. Tanınmış hüquqşünasın Musavat.com müxbirinə qısa açıqlaması təşəkkürlə bitib: "Mənimlə maraqlanan soydaşlarıma və dostlarıma təşəkkür edirəm".

Xatırladırıq ki, Elman Paşayev Rusiya ordusu ilə müqavilə əsasında ön cəbhədə döyüşlərdə iştirak edirdi. O, öncə öz adına olan fond vasitəsi ilə Ukrayna cəbhəsində döyüşən Rusiya ordu hissələrinə humanitar yardım aparırmış. Daha sonra isə "döyüş havası" onu tutub və könüllü olaraq, müharibəyə qatılıb.

Elman Paşayev Rusiyada tanınan və maddi cəhətdən imkanlı birisidir. Zamanında Azərbaycana qarşı hədyanlar yağdıran Jirinovski ilə efirdə debatlara da çıxıb. Məhkəmə proseslərindən birində isə erməni əsilli Rusiya vətəndaşını döyüb. Buna görə onu vəkillikdən çıxardıblar. Daha sonra vəkil kimi fəaliyyətini bərpa etsə də, bu dəfə tanınmış rusiyalı aktyor Mixail Yefremova görə "yanıb". Belə ki, ölümlə nəticələnən avtomobil qəzasından sonra azərbaycanlı vəkil onu məhkəmədə müdafiə edib. Lakin Paşayev məhkəməni uduzub. Daha sonra RF Ədliyyə Nazirliyi Paşayevin vəkillik statusuna xitam verib.

Bundan sonra E.Paşayev siyasi fəaliyyətlə, paralel olaraq, xeyriyyəçiliklə məşğul olub.

E.Paşayev vəkillik fəaliyyəti dövründə dara və məhkəməyə düşən azərbaycanlıları çox zaman təmənnasız müdafiə edib. 

QEYD: Elman Paşayevin necə və hansı şəraitdə yaralanmasını isə yazıya əlavə etdiyimiz videodan aydınlaşdıra bilərsiz.

Allah şəfa versin.

 

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR