İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada daha iki gürcü döyüşçü ölüb

525 08.05.2024 01:54 Dünya A A

Ukraynada daha iki gürcü döyüşçü öldürülüb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə yerli KİV Ukraynada döyüşən gürcü döyüşçü Vano Nadiridzeyə istinadən məlumat yayıb.

Bildirilib ki, “Qara Qartal” bölüyünün üzvü olan döyüşçülər Avdeyevka istiqamətində gedən döyüşlərdə həlak olublar.

Xatırladaq ki, Gürcüstan Xarici İşlər Nazirliyi “Qara Qartal” bölüyünün daha bir döyüşçüsünün mayın 5-də həlak olduğunu təsdiqləmişdi.

Qeyri-rəsmi məlumatlara görə, 2022-ci il fevralın 24-dən sonra Ukraynada 60-dan çox gürcü döyüşçü həlak olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR