İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaqatalada zəhərlənmənin səbəbi AÇIQLANDI

1133 08.05.2024 17:22 Ölkə A A

Zaqatalada baş verən zəhərlənmə hadisəsinin səbəbi məlum olub.

Musavat.com xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.

Qeyd edilib ki, agentliyə müraciət daxil olandan dərhal sonra əməkdaşlar əraziyə ezam edilib.

Zərərçəkənlərin ifadələri əsasında qida məhsulunun istehsal olunduğu iaşə müəssisəsinə (“Şef Dönər”) baxış keçirilib.

Müayinələrin aparılması üçün məhsullardan və qida ilə təmasda olan səthlərdən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.

İlkin araşdırma zamanı çiy dönərin müəssisənin daxilində hazırlandığı müəyyən edilib. Faktla bağlı qanunvericiliyə uyğun olaraq dönərxananın fəaliyyəti məhdudlaşdırılıb. Obyektlə bağlı digər nəzarət tədbirləri aparılmaqdadır. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, zəhərlənməyə səbəb dönərlərin hazırlanması (o cümlədən çiy dönərlərin hazırlanması) və istehlakçılara təqdim edilməsi zamanı ciddi sanitar-gigiyenik pozuntulara yol verilməsi və çirklənməyə səbəb olmasıdır.

Əlavə olaraq bildirilib ki, agentlik tərəfindən qeyd edilən ünvanda aparılan monitorinqlər zamanı toyuq dönərində E.Coli aşkar edildiyi üçün 2023-cü il 14 dekabr tarixində “Şef Dönər” ictimai iaşə müəssisəsində plandankənar yoxlama keçirilib, aşkarlanmış uyğunsuzluqların aradan qaldırılması istiqamətində icrası məcburi göstərişlər verilib, müəssisənin sahibinə cərimə tətbiq edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR