İnsanlara hürriyət, millətlərə istiqlal!

10 manata 2 fincan çay? - Paytaxt sakinləri eks nazirə dəstək verir (Videosorğu)

1952 30.08.2022 22:03 Ölkə A A

Azərbaycanın keçmiş xarici işlər naziri, hazırda Bosniya və Hersoqovinadakı səfiri Vilayət Quliyev öz sosial şəbəkə hesabında maraqlı paylaşım edib. O, Bakıdakı kafe-restoranlarında qiymətlərin astronomik həddə olmasından şikayətlənib.

Eks nazir aşağıdakıları yazlb: "Varşavanın mərkəzində beş seçimdən birini edib 10 manata belə müxtəlif çeşidli səhər yeməyi sifariş vermək mümkündür. Üstəlik kofe, yaxud çay da bu hesaba daxildir. Bakının mərkəzində isə 10 manata yalnız iki fincan çay içmək olar. Düzdür, yanında bir mikroskopik ölçülü kurabiyə də verirlər. Sonra da şikayətlənirik ki, ölkəmizə turistlər az gəlir”.

Maraqlıdır ki, səfirin sosial şəbəkələrdə çoxsaylı oxucuları Vilayət Quliyevi dəstəkləyib və şərhlərdə Bakının restoran və kafelərindən verilmiş qəbzlər dərc etməyə başlayıblar.

Sabiq nazirin iradı əslində yeni deyil. Paytaxt Bakıda yaşayış gerçəkdən də insanların gəlirləri fonunda çox bahadır. Qiymətlərin yüksək, eyni zamanda servisə adekvat olmaması isə xarici turistləri Azərbaycana gəlməkdən çəkindirən mühüm amillərdən hesab olunur.
Niyə belə vəziyyət yaranıb? Bunun obyektiv və subyektiv səbəbləri, çıxış yolu nədir? Bakı paytaxtlar arasında nə dərəcədə bahalı məkandır? Paytaxt sakinləri və mütəxəssislər bu barədə nə düşünür?

 

Alim Liftiyev
Rafət Şahbazov

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR