İnsanlara hürriyət, millətlərə istiqlal!

108 illik yalan və Laçındakı gerçək o post...

2294 23.04.2023 18:51 Yazarlar A A

44 günlük müharibə ermənilərin “dənizdən-dənizə Ermənistan”, Qarabağda “müstəqil dövlət” xəyalının üstündən qara xətt çəkdi, hər şey əldən gedib, qalıb 29 min kv.km Ermənistan və bir də uydurma “soyqırım”…

XX əsrdə vətəndaş, iki dünya müharibəsi, qırğınlar, qan-qadalar olub. ABŞ Yaponiyanın iki şəhərinə atom bombası atıb və sairə… Bunların bəzilərinə ayrı-ayrılıqda qiymət verilib, amma bir çox hadisələr hələ də tarixin qaranlıq hücrələrində yatır. Yalançı “erməni soyqırımı”nın üzə çıxan gerçəkləri də çoxdur, amma dünya ermənizmi bu tarixi olaylara işıq salınmasını istəmir, əksinə, illər ötdükcə onu daha “dərinə basdırmaqda” maraqlıdırlar.   

Dünya erməniləri aprelin 24-də yalanın 108-ci ilini qeyd etməyə hazırlaşırlar. Ermənistanda məşəl aksiyası olacaq, yəqin ki, Xankəndidə də nəsə ağlaşma quracaqlar. Heç şübhə yoxdur ki, bu yalanı türkün əbədi düşmən olduğunu unutmamaq üçün uydurublar. 1915-ci ildə Şərqi Anadoluda xəyanətin davamı 90-cı ildə Qarabağdakı təkrarı da bu uydurmanın nəticəsidir. “Məzlum erməni” obrazı əslində qan rəngindədir, harada sığınacaq tapıblarsa, oranın çörəyinə-suyuna xainlik ediblər, orada qan töküblər. Vandakı törətdikləri qırğını 1992-ci ildə Xocalıda da ediblər...

1965-ci ildən ermənilər hər il aprelin 24-nü “soyqırım günü” kimi qeyd edirlər.

57319078_605.jpg (88 KB)

Onlar iddia edirlər ki, guya 1915-ci ildə türklər 1,5 milyon ermənini qırıb. Əslində isə ermənilər sığındıqları Osmanlı dövlətinin zəiflədiyini görərək Şərqi Anadolunun 6 vilayətində (Ərzurum, Van, Bitlis, Xarput, Diyarbəkir, Sivas) “müstəqil dövlət” qurmaq üçün türklərin qanını töküblər. Osmanlıya xəyanət edən ermənilər əlbəttə ki, cəzasız qalmayacaqdı. Amma bu cəza tədbiri onların xain başlarını kəsməyib. Terror və təxribatlar törətmələrinin qarşısını almaq üçün ölkənin içərilərinə köçürülmələrinə qərarı verilib. Osmanlı arxivləri də təsdiq edir ki, köçürülməsi zamanı yollarda müxtəlif dəstələrin hücumlarına məruz qalaraq öldürülən ermənilərin sayı 5-7 min arası olub. İndi “soyqırım qurbanı” adlandıranlar isə əllərində silah türklərə qarşı vuruşarkən öldürülüblər. Qısa özət bu…

ermeni-soyqirim.jpg (39 KB)

Türkiyə ermənilərə qarşı heç bir soyqırım olmadığını sübut etmək üçün illərdir ki, müstəqil tarixçiləri 1915-ci il hadisələrinin araşdırılmasına dəvət edir. Ankara İrəvana 1915-ci il arxivlərini açmağı və hadisələrin araşdırılması üçün birgə komissiyanın yaradılmasını da təklif edib. Ermənistan isə indiyədək bu çağırışa reaksiya verməyib. Bilirlər ki, yalanları üzə çıxacaq, heç bir vicdanlı tarixçi o hadisələrə soyqırım deməyəcək…

yeni.jpg (66 KB)

“Erməni soyqırımı”nı tanıyan Fransanın bir vaxtlar koloniyası olduğu Əlcəzairdə törətdiyi qırğınlar da hələ gerçək tarixi qiymətini almayıb. Co Baydenə qədər ABŞ prezidentlərindən də heç biri ötən əsrin əvvəlində baş vermiş ziddiyyətli tarixi hadisələrə “soyqırım” adlı yalan donu biçməyi özünə rəva görməmişdi. Bayden isə iki il əvvəl 24 aprel çıxışında tarixin “erməni zibilliyinə” qayıdış edərək “soyqırımı” tanıdı. Sabah da yəqin ki, nəsə deyəcəklər. Amerika kimi dövlət bu yalanı həm də tutarlı tarixi faktlar, arxiv materiallarını ortaya çıxarmadan zatən “legitimləşdirib”. Nümayəndələr Palatasının o zamankı  spikeri Nensi Pelosi İrəvanda səfərdə olanda “soyqırım abidəsini” ziyarət edərkən yalandan ağlamışdı da... Bəs, Kolumb Amerika qitəsini kəşf edəndən sonra beş əsir davam edən hinduların soyqırımını tanımamaq kimin vicdanına yazılmalıdır?

nensi.PNG (606 KB)

ABŞ prezidentinin bu yalana şərik olması əlbəttə ki, ən əsası statusu çoxdan regional dövlət çərçivəsinə sığmayan Türkiyənin güclənməsinə qarşı düşünülmüşdü. Amma iki ildə dünyanın Türkiyəyə münasibəti dəyişmədi, əksinə, onun siyasətinə güvən artdı. “Soyqırım” deməklə ermənilərin Qarabağ müharibəsində incidilmiş arxasına sığal çəkmək də alınmadı. 44 günlük müharibə ermənilərin “dənizdən-dənizə Ermənistan”, Qarabağda “müstəqil dövlət”  xəyalının üstündən qara xətt çəkdi. Ermənistan ərazisindən Laçın yoluna girişdə də bu ərəfədə sərhəd-buraxılış məntəqəmiz quruldu. İndi hər şey əldən gedib, qalıb 29 min kv.km Ermənistan və bir də uydurma “soyqırım”… Ona görə ondan hələ də bərk-bərk yapışacaqlar.

336225464_266602622470505_7686943475481587340_n (1).jpg (178 KB)

Dünyanın özünə demokratik ölkə deyən ölkələrin parlamentləri bu yalanı “tanıyıb”. Elə Rusiya da. Rusiya yəqin onun da fərqindədir ki, on illiklər ərzində qucaqlarında saxladıqları Ermənistan (ermənilər) indi də onların quyusunu qazır. Ukrayna müharibəsinə başı qarışmış Rusiyaya qarşı cəbhədə yer alırlar, Qərbə yönəlirlər. Necə ki, Birinci Dünya müharibəsinin ən şiddətli dövründə Osmanlı imperiyasının başı şərq cəbhəsində qarışarkən, ermənilər eyni xəyanət yolunu tutmuşdular. Bu millətin əsl kimliyini tanımaq üçün 108 il çoxdur, lap çox həm də… 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR