İnsanlara hürriyət, millətlərə istiqlal!

17 ildən sonra səssizliyi pozdular 

823 04.11.2025 15:31 Şou-biznes A A
 
Azərbaycan rok musiqisinin əfsanəvi nümayəndələrindən olan "Unformal" qrupu illər sonra yenidən bir araya gəlir.
 
Musavat.com xəbər verir ki, "Sonsuz yol" mahnısı ilə bir dövrün sevimlisinə çevrilən qrupun keçmiş solisti, Avroviziya təmsilçimiz Dilarə Kazımova sosial mediada verdiyi açıqlama ilə pərəstişkarlarına sürpriz edib.
 
2009-cu ildə fəaliyyətini dayandıran qrupun bütün əsas üzvləri – Dilarə Kazımova, Fəridə Nelson, Rüstəm Məmmədov və İqor Qaranin dünyanın dörd fərqli ölkəsindən (Azərbaycan, Rysiya, ABŞ və Böyük Britaniya) Bakıya toplaşaraq, noyabrın 22-də məkanlardan birində konsert verməyə hazırlaşır.
 
Gecəyə "Coldünya" qrupunun yaradıcısı və vokalçısı Teymur Nadir, "DədəBaba" və "Unchained Orchestra" kimi alternativ səhnənin tanınmış adları da qatılacaq.
  
Qeyd edək ki, "Unformal" 2007-ci ildə "Sonsuz yol" klipi ilə tanınmış, 2008-ci ildə  Avroviziya milli seçimlərinin finalçısı olmuşdu. İndi isə onlar səssizliyi pozub səhnəyə geri dönür – bu dəfə daha güclü və birləşmiş şəkildə.
 
Musavat.com 
 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR