İnsanlara hürriyət, millətlərə istiqlal!

2 gün çimərliyə getdi, həyatının şokunu yaşadı - FOTO

1986 28.08.2022 21:02 Hadisə A A

Türkiyənin Zonquldağ bölgəsində qəribə hadisə yaşanıb.

Musavat.com-un xəbərinə görə, 2 gün ard-arda çimərliyə gedən 33 yaşlı Caner Arıkın başında böyük şiş əmələ gəlib.

Bunu görən Arık dərhal xəstəxanaya müraciət edib və həyatının şokunu yaşayıb. Onu müayinə edən həkimlər daha əvvəl belə bir halla rastlaşmadıqlarını, şişin hansı səbəbdən baş verdiyini ayırd edə bilmədiklərini deyiblər.

Digər müayinələrin ardından müəyyən olunub ki, adətən əl və ayaqlarda müşahidə edilən ödem xəstəliyi Arıkın saç dərisində özünə yer tapıb. Allergiya müalicəsinə müsbət cavab verməyən Arık daha sonra evə buraxılıb. Şiş bədxassəli olmadığı üçün ona müalicə tətbiq edilməyib.  

Xalidə Gəray
Musavat.com 

630b339f86b24504b8c0f5a8.jpg (28 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR