İnsanlara hürriyət, millətlərə istiqlal!

2024-cü ildə əsl eşqi tapacaq 5 BÜRC

7553 12.01.2024 22:03 Astrologiya A A

Ötən ili böhran və qeyri-müəyyənliklərlə bitirən 5 bürc sahibi bu ildən özlərini xoşbəxt hiss edəcəklər.

Bir müddətdir tanışlıq həyatlarında böhran və qeyri-müəyyənliklə qarşılaşan Buğa, Şir, Əqrəb, Oğlaq və Xərçəng bürcü altında doğulanlar 2024-cü ildə əsl eşq tapacaqlar.

BUĞA

Neçə vaxtdır ki, flört etməyi, sevib-sevilməyi unudan Buğa bürcündən olan subayların bəxti açılacaq. Yeni ilin gəlişi ilə eşq küləkləri bu dəfə də Buğa bürcündə dövrə vurur.

Astrologiya 2024-cü ili Buğa bürcü üçün nağıl qəhrəmanı kimi şərh edir. 2024-cü il sevgi ilə dolu olacaq

ŞİR

Şir bürcü altında doğulanların da ürəyini vuracaq sevgi 2024-cü ildə gələcək. Şirlər üçün yeni eşq məcaraları başlayacaq.

Sevginin ən ehtiraslı və əyləncəli formasını yaşayacağı proqnozlaşdırılan Şirlərin birdən-birə evliliklə bitəcək ciddi münasibətlərə girəcəyi deyilir.

 

ƏQRƏB

2024-cü ildə eşqdə şanslı olan bürclərdən biri də Əqrəbdir. Xüsusilə 2024-cü ilin son rübündə ürəyinin qapılarını uzun müddət bağlayan Əqrəbi böyük sevgilər və həyəcan gözləyir.

Sevgidən ümidini kəsənlərin belə sevgiyə inanacağı bu ildə Əqrəblərin xoşbəxt olacaqları bildirilir.

OĞLAQ

Çalışqanlığı ilə seçilən Oğlaq bürcünün nümayəndələrini yeni imkanlar və enerjilər gözləyir. Deyəsən, Oğlaqlar Pandoranın qutusu kimi açılacaq və nəhayət sevgini tam yaşayacaqlar.

Xüsusilə 2024-cü ilin iyun ayından sonra sürətlə inkişaf edən və evliliyə aparan sevgilərdən danışmaq olar.

XƏRÇƏNG

2024-cü ilin gəlişi ilə köhnə kitabları bağlayan və yeni sevgilərə yelkən açan Xərçənglər xoşbəxt olacaq. Xərçənglər doyunca sevəcək və seviləcəklər.

Astroloqların fikrincə, Xərçəngləri yaşadıqları travmatik və zəhərli əlaqələrdən sonra tərbiyələndirici və güvənən bir əlaqə gözləyir./BAKU.WS

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR