İnsanlara hürriyət, millətlərə istiqlal!

2024-cü ilin ən ŞANSLI BÜRCLƏRİ

12326 10.12.2023 18:30 Astrologiya A A

2024-cü ildə bəzi bürclərin üzünə yeni qapılar açılacaq. Onlar fürsətdən istifadə edə bilsələr, yeni il onlara düşərli olacaq.

Gələn ilin ən şanslı bürcləri haqqında məlumatı təqdim edirik.

Oğlaq bürcü - Çalışqan və nizam-intizamlı insanlardır. Astroloqların fikrincə, gələn il də işlərinə sistemli davam etsələr, iş həyatlarında zirvəyə çata biləcəklər. Oğlaqlar yüksəldikcə qazanclarında artım hiss edəcəklər.

Şir bürcü - Liderlik keyfiyyətləri ilə tanınan bu bürcün nümayəndələri 2024-cü ildə zəhmətlərinin bəhrəsini alacaqlar. Astroloqların fikrincə, onlar gələn il maliyyə baxımından rahat bir dövrə qədəm qoyacaqlar.

Qız bürcü - Qərarlıdırlar. 2024-cü il onların gözlədiklərindən daha yaxşı olacaq. Gələn il akademik işlərə diqqət yetirə bilərlər. Qız bürcləri özlərini təkmilləşdirmək istədikləri bir dövrə girəcəklər. Onların qazancında da artım olacaq.

Əqrəb bürcü – Gələn il onlar üçün də düşərli olacaq. Bu bürcün nümayəndələri ehtiraslı və iddialıdırlar. Bu hissləri iş həyatlarına yönləndirsələr, uğur onlar üçün qaçılmaz olar. Əqrəblər artıq zəhmətlərinin bəhrəsini alacaqlar. Xüsusilə 2024-cü ilin ikinci yarısından etibarən çox qazanacaqlar.

Dolça bürcü - Maliyyə rifahı yaşayacaqlar. Astroloqlar mart ayında Mars, Venera, Merkuri və Saturnun qarşılıqlı birləşməsinə görə Dolçanın uğurlu ola biləcəyini söyləyirlər. Bu, onların qazanclarının artacağını göstərir.

Tərəzi bürcü - 2023-cü ildə bəzi çətinliklərlə üzləşsələr də, 2024-cü il onların ili olacaq. Yeni ildə iş həyatında yüksəliş və pul baxımından bolluq yaşayacaqlar. (sfera.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR