İnsanlara hürriyət, millətlərə istiqlal!

30 ildən sonra Ağalıda ilk TOY keçirilir - VİDEO FOTO

1455 17.02.2024 12:33 Qarabağ xəbərləri A A

Zəngilanın Ağalı kəndində 30 ildən sonra yenidən toy məclisi keçirilir. Ağalıda ilk toyun bəyi Qarabağ qazisi Xanoğlan Mirzəyevdir.

Artıq toy üçün görülən hazırlıqlar yekunlaşıb və toy məclisi başlayıb.

Bəyin atası, Ağalı sakini Baloğlan Mirzəyev Trend-ə açıqlamasında bildirib ki, bu günləri çoxdan arzulayıblar.

"Bu kənddə toy olması bizim arzularımızın reallaşmasıdır. Sevincimizin həddi-hüdudu yoxdur. Qarabağ torpağına toy, şadlıq yaraşır. Bizim ən böyük arzumuz idi ki, öz torpağımızda yaşayaq", - bəy atası əlavə edib.

Qeyd edək ki, Ağalı kəndində hazırda 871 sakin yaşayır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR