İnsanlara hürriyət, millətlərə istiqlal!

88 il ara ilə iki foto - Faciə rəmzləri

2195 12.02.2024 13:22 Foto fakt A A

Bu fotoların lentə alınması arasında 88 il fərq var.

Üstdəki foto 1936-cı ildə, Hitlerin dünya müharibəsinə hazırlaşdığı, almanları dünyanın ağası etmək istədiyi dövdə çəkilib.

Altdakı foto isə günümüzdə Rusiyada, Ukraynada qanlı müharibə aparan, Putinin postsovet məkanında rus ağalığını bərpa etmək istədiyi dönəmdə lentə alınıb.

427720033_10228377858566375_1601059193925488940_n.jpg (154 KB)

Birinci foto Almaniyada təşkil olunan olimpiadada alman idmançıların böyük bir xoreoqrafiya ilə nasist svastikası əmələ gətirmələrini əks etdirir.

İkinci foto isə rus xizəkçilərin Ukraynaya hücum zamanı populyarlaşan, hansısa məna ilə simvollaşdırılmış Z işarəsini görüntüləyir. 

Bu şəkilləri alt-üst qaydada birləşdirənlər ona işarə edirlər ki, 1936-cı ildə Almaniyanı idarə edənlər hansı düşüncədə olublarsa, günümüzdə Rusiyanı idarə edənlər də elə düşünürlər. 

Bəşəriyyət 88 il əvvəl olduğu kimi, hələ də "böyük dövlət", "imperiya" qurmaq və başqa xalqları əsarət altında saxlamaq istəyən hökmdarların hüdudsuz ambisiyasından əziyyət çəkir.

Bu rəmzlər insanlığa böyük faciələr yaşadıb və yaşatmaqdıdr.

Musavat.com

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR