İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da DƏHŞƏT: 3 polis öldürüldü, 5-i yaralandı

590 30.04.2024 08:37 Hadisə A A

ABŞ-ın Şimali Karolina ştatının Şarlotta şəhərində atışma nəticəsində 3 polis həlak olub, daha 5 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb .

Musavat.com xəbər verir ki, bu barədə "Associated Press" agentliyi polisə istinadən məlumat yayıb.

Qeyd olunub ki, polis əməkdaşları qanunsuz silah saxlamaqda şübhəli bilinən şəxsi saxlamağa cəhd ediblər.

Polis atışmanın hüquq-mühafizə orqanı əməkdaşlarının şübhəlinin evinə yaxınlaşması ilə başladığını bildirib.

Atəş açan ev sahibi güllələnib. Şimali Karolina qubernatoru Roy Kuper hadisə ilə əlaqədar şəhərə gələrək həlak olanların ailələrinə başsağlığı verib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR