İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-də əyləncə mərasimində atışma: ölən və yaralananlar var

496 05.05.2024 02:49 Dünya A A

ABŞ-nin Nyu-York şəhərində əyləncə zamanı baş verən atışma nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Bu barədə polis əməkdaşlarına istinadən “NBC New York” telekanalı xəbər yayıb.

Hadisə ilə bağlı əraziyə gələn polis zabitləri şənliyin keçirildiyi kiçik müəssisədə güllə yarası almış bir neçə zərərçəkəni aşkarlayıblar.

Məlumata görə, 24 yaşlı gənc döş qəfəsindən yaralanıb. O, təcili xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb. 45 və 25 yaşlı daha iki kişi də güllə yaraları ilə yaxınlıqdakı xəstəxanaya aparılıb. Daha sonra tibb müəssisəsinə daha bir yaralı gətirilib - 43 yaşlı zərərçəkənin ikisi qolunda, biri ayağında olmaqla üç yarası olub.

Hüquq-mühafizə orqanları atəş açan şəxsin axtarışlarını davam etdirir, atışmaya nəyin səbəb olduğu barədə məlumat yoxdur.\\"Report"

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR