İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ dövlət aparatında ixtisarlar başlayıb

591 06.10.2025 08:45 Hadisə A A

ABŞ-da federal hökumətin bağlanması fonunda dövlət işçilərinin ixtisarı artıq başlayıb. Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp jurnalistlərlə görüşü zamanı deyib. O, hökumət işçilərinin ixtisarının nə vaxt başlayacağı ilə bağlı suala cavab olaraq “bu, artıq baş verir” deyib.

Tramp əlavə edib ki, bağlanmaya onun Demokratlar Partiyasındakı siyasi rəqiblərinin mövqeyi təhrik edib: "Bu, onların bağlanmasıdır, bizim deyil".

Ağ Evin mətbuat katibi Caroline Leavitt oktyabrın 2-də Tramp administrasiyasının bağlanma zamanı minlərlə dövlət işçisini ixtisar edəcəyini açıqlayıb. ABŞ-ın vitse-prezidenti J.D.Vens öz növbəsində təsdiqləyib ki, Ağ Ev ABŞ hökuməti aparatını daha da azaltmaq üçün bağlanmadan istifadə etmək niyyətindədir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR