İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Gürcüstanı qarışdırır, sırada Azərbaycan var?

2050 08.04.2023 10:42 Yazarlar A A

 

 “Gürcü Arzusu” nun sədri “Bizə dövlət kimi baxmırlar,  amma sizin qarşınınızda bir ayaq üstə durmayacağıq” deyir;  Gürcüstan indi Azərbaycan üçün elə mövqedə yer alır ki, oradakı dəyişiklilər, gərginliklər bizə bütün mənalarda təsir edə bilər...

Mövzunun “mustafasına” birbaşa keçid etməkdə fayda var. Ukraynada müharibə uzandıqca, dünyada geopilotik savaş qızışır və bunun fəsadları bizə də çatacaq. Gürcüstana həmişə dəstək olan Amerikanın indi onun üçüncü qol hakimiyyətinə-hakimlərinə  sanksiya tətbiq etməsindən çıxan nəticə budur. Bu müharibə həm də ona görə uzadılır ki, yaxın perspektivdə belə qlobal savaş fürsəti çətin olacaq, o səbəbdən “bütün daşlar yerinə oturmalıdır”, ya da bütün daşlar yerindən oynamalıdır...  Baxın, yeni koalisiylar, müttəfiqliklər  yarandığı kimi yeni düşmənçiliklər də artır. Uzağa getməyək, İran Səudiyyə ilə barışıb, bizə düşmən kəsildi, Amerika göz-bəbəyi kimi qoruduğu Gürcüstanı sanksiya tətbiq edilən ölkələr sırasına saldı.

çərçivə bu şəklin altında.jpg (542 KB)

Bəlkə də sabiq kənd təsərrüfatı nazirinin  Ali Məhkəməyə sədr təyin olunmasına da Vaşinqtonun etirazı var, amma bunu bəyan etməyə məsələn, səfirləri yoxdur...

Xüsusilə, son aylar ABŞ-ın ermənipərəst konqresmen və senatorları Azərbaycana da sanksiya tətbiqi mövzunu tez-tez gündəmə gətirir. Buna hazırlıqlı olmaq lazımdır.

Bəlkə də sabiq kənd təsərrüfatı nazirinin  Ali Məhkəməyə sədr təyin olunmasına da etirazları var, amma bunu bəyan etməyə məsələn, səfirləri yoxdur. Bu da düşünmək üçün bir faktdır: Amerika niyə hələ də Bakıya səfir göndərmir ki?   

61661d2143f166dd2573c497673a662ecd64db04.jpg (51 KB)     

ABŞ Dövlət Departamenti Gürcüstanın dörd hakiminə sanksiya tətbiq etməsi Vaşinqton-Tiflis münasibətləri  tarixində bir ilkdir. Entoni Blinkenin izahatı belədir ki, bu şəxslər “vəzifə səlahiyyətlərindən sui-istifadə ediblər” və bununla da “qanunun aliliyini və Gürcüstanın məhkəmə sisteminə etimadı sarsıdıblar”.  Sanksiya  bu hakimlərin ailə üzvlərinə də tətbiq edilib, üstəlik sübutsuz…Amerika həmişə dovşanla bağlı lətifədəki kimi hərəkət edir: əvvəl qulaqları kəsib, sonra sayır… Sanksiyaya məruz qalan Gürcüstanın Apelyasiya Məhkəməsinin hakiminin reaksiya qafqazlı üslubunda olub və xoşuma gəldi. O, korrupsiya ittihamlarını rədd edərək deyib ki, babası, məsələn, heç vaxt Amerikaya getməyib, bununla belə, o kişi kimi yaşayıb…     

ABŞ-ın bu ölkədəki səfiri də videomürüciət yayıb, sanki dünya Gürcüstanın bu dörd hakiminin verdiyi qərarlarla “dağılıb”, “ədalət sistemi çöküb”. Amerika məhkəmə sistemi ədalətdən danışanda adam istər-istəməz soruşmaq istəyir: Belə ədalətiniz varsa, Baydenin korrupsiyaya bulaşmış oğlu niyə hələ də həbsdə deyil?         

Tiflisin reaksiyası da gecikməyib. “Gürcü Arzusu” nun sədri İrakli Kobaxidze hamıdan kəskin çıxış edib: “Bizə dövlət kimi baxmırlar. Biz sizin  qarşınınızda bir ayaq üstə durmayacağıq. Biz öz suverenliyimizi, dövlət müstəqilliyimizi bütün istiqamətlərdə müdafiə edəcəyik. Bu, bizim qəti mövqeyimizdir”.  Xarici işlər nazirinin  Blinkenə məktub göndərib, qərarı geri oxumağı təklif edib, “əks halda, Gürcüstan dövləti və xalqı baş verənləri suveren dövlətin müstəqil məhkəməsinə təzyiq və onun işlərinə kobud müdaxilə kimi qəbul edəcək” yazıb. Yəni Amerikanın balaca gördüyü, amma üzərində hələ də böyük planlar qurduğu Gürcüstan da ritorikanı sərtləşdirib.  

72a6fa5752ca6629b42240d65d7be323.jpg (267 KB) 

Martın 7-8-də Tiflisidə “xarici agentlər” haqqında qanun layihəsinə etiraz olaraq başlayan mitinqlər iğtişaşlara çevrildi, martın 9-da “Gürcü Arzusu” qanun layihəsini geri götürməyə razılaşdı. Bu qanun layihəsi əlbəttə, ABŞ-ın Gürcüstana müxtəlif “humanitar” adlar altında müdaxilə etmək imkanlarına qarşı idi, rəsmi Tiflis geri çəkilməsəydi, narazılıqlar daha da böyüyəcəkdi. Martın 9-da  tələblərinin təmin edilməsinə baxmayaraq, etirazçılar hökumətin istefasını tələb etməyə başladılar. Lakin sonra etirazlar başladığı kimi, qəfil də bitdi. İndi bu sanksiya qərarı Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat  partiyasını hərəkətə keçirib, sabaha, aprelin 9-na  ümummilli mitinq təyin edilib. Amerika “isti dovğa qazanını bulamağa başlayır” demək… 

ABŞ-ın Tiflisidəki səfiri Vaşinqtonun Gürcüstanı qarışdırmaq, Rusiyaya qarşı müharibəyə cəlb etməyə çalışdığına dair iddiaları rədd edib. “Bu, 100 faiz yalandır. Biz son üç onillikdə Gürcüstanın müdafiə qabiliyyətini gücləndirmək üçün əməkdaşlıq edirik, sərhəd polisi, sahil mühafizəsi ilə ölkəni gücləndirmək üçün işləyiriksə, niyə Gürcüstanı təhlükə altına atmalıyıq? Gürcüstanı niyə təhlükə altında qoymalıyıq?”. Məntiqlidir. Amma “Ukrayna da sizin idi, bəs onu niyə viran qoydunuz” sualına cavab yoxdur. Biz uzun müddət o  yalana inanmışıq ki, guya Amerika üçün ən ümdə məsələ insandır, insan haqlarıdır. Amerika üçün isə heç vaxt belə olmayıb, maraqları naminə insanları qarışqa kimi ayaqlar altına atıb özü də əzib, əzdirib də.  Gürcüstanla bağlı da eyni ssenari mümkündür.

gfgfg.JPG (88 KB)

Gürcüstan bizim üçün önəmli ölkədir,  hətta deyərdim ki, maraqlarımız baxımdan Rusiya qədər önəmli… Qaribaşvilinin Qəbələ səfərindən təsirlənməmişəm, amma Gürcüstan indi Azərbaycan üçün elə mövqedə yer alır ki, oradakı dəyişiklilər, gərginliklər bizə bütün mənalarda təsir edə bilər. Düzdür, Azərbaycan Prezidenti qatı qərbpərəst Saakavaşili ilə də yaxşı anlaşa bilirdi, kim gələrsə, onunla da dil tapa bilər. Amma Gürcüstan indi Qərb üçün başqa səbəblərdən lazımdır. Qeyri-sabit Gürcüstan isə Bakıya ciddi narahatlıqlar yarada bilər.

Nazim SABİROĞLU, 
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR