İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Rusiyanın ən “öldürücü” sualtı qayığının adını açıqladı

1291 27.10.2020 17:04 Son xəbər A A

Dünyanın bu vaxta qədər mövcud olan ən “öldürücü” sualtı qayıqlarının adı açıqlamıb.

Musavat.com com xarici agentliklərə isitnadən xəbər verir ki, bununla bağlı “Popular Mechanics” jurnalı məlumat yayıb.

Siyahıda Rusiyanın çoxhədəfli “Yasen” 885” layihəli sualtıları, xüsusilə “K-560 Severodvonsk” gəmiləri ikinci yeri tutub.

Reytinqə görə, həmin sualtılar 10 torpedo aparatı, 30 torpedo və 30 “Kalibr” tipli qanadlı raket daşıya bilir.

Rusların “949A Antey” və “971 Şuka-B” layihəli sualtı qayıqları üçüncü və beşinci yerləri tutublar.

Birinci və dördüncü yerlər isə ABŞ-ın “Ohio” və “Seawolf” tipli super sualtı dəniz gəmilərinə məxsusdur.

Siyahını tərtib edən “Covert Shores” bloqu reytinqdə ballistik raketlər daşıyan sualtıların nəzərə alınmadığını qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR