İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ səfirinin ŞUŞA səfəri erməniləri DƏLİ ETDİ FOTO

1237 06.05.2024 15:29 Gündəm A A

ABŞ səfirinin Şuşa səfəri erməniləri qəzəbləndirib.

Musavat.com xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi bu gün Füzuli və Şuşaya etdiyi səfərə görə ermənilərin qəzəbinə tuş gəlib.

Onlar səfirin bu səfərini sosial şəbəkə platformalarında qınayıb, tənqid ediblər.

Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşaya səfər edib.

Bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.

Bildirilib ki, səfir Mark Libbi və Danusia Libbi bu gün Füzuli və Şuşaya səfər ediblər.

"Səfir hökumət nümayəndələri ilə, səfirliyin dəstəklədiyi İngilis dili proqramında iştirak etmiş yerli təhsil işçiləri ilə görüşəcək, həmçinin Şuşa qalasını, Xurşidbanu Natəvanın evini, Xan qızı bulağını, Vaqif məqbərəsini və Cıdır düzünü ziyarət edəcək", - deyə səfirliyin rəsmi məlumatında bildirilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR