İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və İran rəsmiləri bu ölkədə görüşəcək

645 14.06.2026 08:13 Siyasət A A

ABŞ və İrandan yüksək səviyyəli nümayəndələr gələn həftə İsveçrədə görüşə bilər.

Musavat.com xəbər verir ki, məlumatı BFMTV yayıb.

Bildirilir ki, Pakistanın xarici işlər naziri İshaq Dar görüşə hazırlaşmaq üçün tezliklə İsveçrəyə səfər etməyi planlaşdırır.

Qarşıdan gələn danışıqların gündəliyi dəqiqləşdirilməyib.

Qeyd edək ki, dünən ABŞ prezidenti Donald Tramp Vaşinqton və Tehranın Hörmüz boğazını tamamilə açacaq bir razılaşmanı 14 iyun tarixinə qədər yekunlaşdırmalı olduğunu açıqlayıb.

Eyni zamanda Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ və İran arasında sülh müqaviləsinin yaxın 24 saat ərzində yekunlaşdırılacağını və bundan sonra tərəflər arasında texniki səviyyədə danışıqların aparılacağını bildirib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR