İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və Səudiyyə Ərəbistanının “B planı”

589 02.05.2024 13:10 Son xəbər A A

Birləşmiş Ştatlar və Səudiyyə Ərəbistanı İsrail və Fələstinliləri əhatə edən daha geniş Yaxın Şərq nizamlanması ilə əlaqəli olduğu güman edilən təhlükəsizlik və texnologiya mübadiləsi üzrə bir sıra sazişlər hazırlayıb.

Musavat.com “The Guardian”-a istinadla xəbər verir ki, bununla belə, Qəzzada atəşkəsin olmadığı və Benyamin Netanyahunun İsrail hökumətinin Fələstin dövlətinin yaradılmasına qəti etirazı və onun Rəfah üzərinə hücuma başlamaq niyyəti qarşısında səudiyyəlilər daha təvazökar “B planı” üçün çalışırlar.

Bu varianta əsasən, Birləşmiş Ştatlar və Səudiyyə Ərəbistanı ikitərəfli müdafiə paktı, Səudiyyə Ərəbistanında mülki nüvə enerjisinin qurulmasında ABŞ-ın yardımı, süni intellekt və digər yeni texnologiyalar üzrə yüksək səviyyəli mübadilə haqqında sazişlər imzalayacaq.

İsrailin 76 ildir davam edən İsrail-Ərəb münaqişəsinin həlli üçün iki dövlətli həll variantını qəbul etməsi müqabilində İsrailə Ər-Riyadla diplomatik münasibətləri normallaşdırmaq təklifi veriləcək. Amma Ər-Riyadın “B planı”na görə, ABŞ-Səudiyyə sövdələşmələrinin başa çatması Netanyahu hökumətinin razılığından asılı olmayacaq.

Analitik Firas Maksad deyib: “ABŞ ilə münasibətlər İsrail siyasətinin və ya Benyamin Netanyahunun şıltaqlığının girovuna çevrilməməlidir”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR