İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım - FOTO

1237 27.03.2024 20:13 Region A A

“Mən və atam teraktdan zərərçəkənlər üçün 100 milyon köçürdük”.

Musavat.com bildirir ki, bu sözləri Xalq artisti Emin Ağalarov sosial şəbəkədə yazıb.

Xalq artisti "Müslüm Maqomayev Fondu"nun terrorda zərərçəkənlər üçün yardım kampaniyasına başladığını açıqlayıb:

“Dostlar, biz "Müslüm Maqomayev Fondu" vasitəsi ilə “Crocus City Hall”da zərərçəkənlərə yardım üçün vəsait göndərmək qərarına gəldik.

Bu mərhələdə mən və atam fonda 100 milyon rubl (təxminən 2 milyon manat) köçürdük.

Dostlarımızı, tərəfdaşlarımızı və hər kəsi yardıma qoşulmağa dəvət etdik.

Müraciətlərə baxılması üçün zəng mərkəzi tezliklə fəaliyyətə başlayacaq. Xərclənmiş bütün vəsaitlər barədə hesabatlar fondun internet saytında dərc olunacaq".

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR