İnsanlara hürriyət, millətlərə istiqlal!

AKİ-də baş verənlərə Mədəniyyət Nazirliyindən cavab

584 26.01.2023 13:10 Mədəniyyət A A

“Kino ittifaqları müstəqil fəaliyyət göstərirlər”

Bunu Mədəniyyət Nazirliyi Musavat.com-un sorğusuna cavab olaraq bildirib.

Qeyd edilib ki, Kinematoqrafçılar İttifaqında baş verənlər nazirliyin səlahiyyətlərinə aid deyil:
“Ölkədə mədəniyyət sahəsində fəaliyyət göstərən ictimai təşkilatlar, o cümlədən kino ittifaqları qanunvericiliyə əsasən öz fəaliyyətlərini əsasnamələrinə uyğun olaraq müstəqil şəkildə həyata keçirirlər. Sözügedən qurumların fəaliyyətlərinin təşkili və ona nəzarət olunması Mədəniyyət Nazirliyinin səlahiyyətlərinə daxil deyildir”.

Qeyd edək ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) üzvü, Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev işindən ayrılıb. Bu gün yayılan məlumata görə isə bir qrup mədəniyyət və incəsənət xadimi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvlüyündən imtina edib. İttifaqın üzvlüyündən ümumilikdə 20-yə yaxın incəsənət nümayəndəsinin imtina etdiyi deyilir. Onlar arasında Xalq artisti Əbdül Mahmudov, Xalq artisti Ramiz Məlikov, Əməkdar İncəsənət Xadimi Yavər Rzayev, Əməkdar artist Gülşad Baxşıyeva, Əməkdar artist Münəvvər Əliyeva da var.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR