İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya Litvada hərbi briqada yerləşdirmək üçün 11 milyard xərcləyəcək

327 24.04.2024 19:22 Dünya A A

Almaniyanın Litva ərazisində hərbi briqada yerləşdirməsi ölkəyə 11 milyard avroya başa gələcək.

Musavat.com xəbə verir ki, bu barədə Der Spiegel jurnalı məlumat yayıb.

Jurnal yazır ki, məlumatı Almaniya Müdafiə Nazirliyinin planlaşdırma şöbəsinin əməkdaşları verib. Elan edilmiş məbləğin 1 milyard avrosu illik əməliyyat xərcləri, 4 milyard avrosu tanklar kimi iri avadanlıqların alınması, 6 milyard avrosu isə əlavə investisiyalar, məsələn, infrastrukturun tikintisi və ya geyim formalarının alınması üçün nəzərdə tutulub. Bu məbləğə təxminən 4,8 min hərbi qulluqçunun və 200-ə yaxın mülki şəxsin Litvada uzunmüddətli xidmətə cəlb edilməsi nəzərdə tutulan xaricdə xidmət üçün müavinətlərin dəyəri daxil deyil.

Nəşrin məlumatına görə, Almaniya hökuməti ilə Litva hakimiyyəti arasında layihənin maliyyələşdirilməsinin əsas məsələləri hələ də həll olunmayıb. Buraya mənzil və təlim mərkəzlərinin tikintisi, həmçinin uşaq bağçalarının və hərbçi uşaqları üçün məktəb proqramlarının maliyyələşdirilməsi kimi xərclərin ödənilməsi daxildir.

Aprelin 8-də Litvaya təyin olunmuş Bundesver briqadasının hərbi qulluqçularının birinci qrupu Vilnüsə gəlib. Planlaşdırma qrupuna 20 hərbi qulluqçu daxildir. Onlar Litva nümayəndələri ilə birlikdə yenidən yerləşdirmə üçün gələcək praktiki addımlar üzərində işləməli olacaqlar. Oktyabrda qrupa daha 150 nəfərin qoşulacağı gözlənilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR