İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyada CASUS QALMAQALI - Kəşfiyyatçıdan ŞOK AÇIQLAMALAR

558 26.04.2024 14:22 Dünya A A

Almaniyadakı son kəşfiyyat hadisələri Avropada narahatlıq yaradır.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, təqaüdə çıxan alman kəşfiyyatçısının sözlərinə görə, Rusiya və Çin əməliyyat mərkəzlərini Berlinə köçürüb.

Rəsmi orqanlar ötən bazar ertəsi Almaniyanın Frankfurt şəhərinin Bad Homburq qəsəbəsində üç Almaniya vətəndaşının casusluq etdikləri üçün həbs edildiyini açıqlayıb.

Həbs edilən şəxslərin ölkənin hərbi texnologiyalarını Çinə satdıqları iddia edilib.

Şübhəlilərin 2022-ci ilin iyun ayından Çin kəşfiyyatı üçün çalışdıqları da məlum olub. Şübhəlilərin Almaniyada istehsal edilən üstün texnoloji bilikləri və ölkədəki qabaqcıl texnologiyaya sahib xüsusi lazer sistemini Çinə satdıqları bildirilib.

Kod adları Herwig F. və Ina F. olan iki şübhəlinin Almaniyanın Düsseldorf şəhərində bir şirkət sahibi olduqları üzə çıxıb. Onların bu şirkət vasitəsilə alman elm adamları və tədqiqatçıları ilə əlaqələr quraraq iş gördükləri məlum olub.

Almaniya federal Kəşfiyyat Xidmətindən (BND) təqaüdə çıxan ekspertin verdiyi məlumata görə, Almaniya Çini Avropanın ən böyük strateji rəqibi və iqtisadiyyatı üçün ən böyük təhlükə olaraq görür.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR