İnsanlara hürriyət, millətlərə istiqlal!

Amerikanı sevməmək üçün bəhanə lazım deyil

1073 16.09.2023 20:02 Yazarlar A A

Bu ölkə xüsusilə 2000-ci ilin 11 sentyabrından sonra dəyərlərini daha sürətlə itirməkdə, çeynəyib tüpürməkdədir...

Amerikalılar nədənsə, Allah tərəfindən seçildiklərinə əmindirlər və inanırlar ki, məşhur senator Con Makkeynin sözləri ilə desək, “Birləşmiş Ştatlar dünyada xeyirxahlıq mənbəyidir”. ABŞ-da buna misal olaraq adətən, hər iki dünya müharibəsini misal çəkir və deyirlər ki, amerikalılar hər iki dəfə Avropanı xilas etdi, hətta sonra da “Marşal planı”nın işə salaraq tez bir zamanda qitə ölkələrinin bərpasına kömək etdilər. Sonra da təəccüblə soruşurlar da: “Bəs, o halda niyə başqa ölkələr bizi sevmir?” Sanki unudulur ki, əslində Birləşmiş Ştatlar dünyada öz hökmranlığını qurmaq üçün hər iki dünya müharibəsinin incə şəkildə “alovlandırıcısı” olmuşdu...

BAYRAQLAR.png (1.56 MB)

Xatırlayıram ki, “Gallup” sorğu xidməti ABŞ-la bağlı 113 ölkədə aparılan sorğunun nəticəsini açıqlamışdlı və məlum olmuşdu ki, rəyi soruşanların əksəriyyəti ABŞ-ı sevmir. Səbəb əslində aydındır: ABŞ hegamonluğunu saxlamaq üçün bütün dünyada sabitliyi pozmaq siyasəti yürüdür, rəqiblərini zəiflətmək üçün hər pisliyə əl atır. Biz bunun nümunələrini Yaxın və Orta Şərqdə, Avropada, keçmiş sovet respublikalarında görmüşük. Dünyada bütün gərginlik nöqtələri ABŞ-ın istəyi və planlarına uyğun yaradılır, bütün siyasi oyunların isə bir məqsədi var: hər hansı regionda və ya ölkədə Amerikanın maraqlarını təmin etmək, həmin ərazinin sərvətlərini nəzarətə götürmək və istismar etmək...

ABŞ-ın Rusiyaya qarşı olan, əslində həm də Avropanı (Avropa Birliyini) özündən asılı vəziyyətə salmaq məqsədi güdən Ukrayna müharibəsinin də əsas ideoloqu (və təbii ki, həm də sponsoru) olduğuna daha kimsənin şübhəsi yoxdur.

Bizim ABŞ-ı sevmək və ya sevməmək kimi dərdimiz yoxdur. Dəfələrlə qeyd etmişik ki, ABŞ xüsusilə Qarabağ məsələsində heç vaxt ədalətli orbitr olmayıb. Amerika Qarabağda bizim suveren maraqlarımızı güdməyib. 44 günlük müharibə günlərində ABŞ-ın media-holdinqlərinin əksəriyyəti Azərbaycan əleyhinə fəaliyyət göstərdi.

Bunu bir neçə dəfə yazmışam, Amerikanın Qarabağla bağlı mövqeyi gündəmə gələndə həmişə də xatırladacağam yəqin ki. Bir neçə il öncə bizim yüksək çinli məmurlar Rusiyada səfərdə orakən rus diplomatlarla süfrə arxasında səmimi söhbət edərkən, Moskvanın Qarabağ siyasətindən gileyləniblər. Ruslar deyiblər ki, haqlısız, amma unutmayın ki, əgər bu bölgə ABŞ-ın nüfuz dairəsində olsaydı, Vaşinqton “arsax”ın müstəqilliyini çoxdan tanımışdı...Yeri gəlmişkən, Qarabağdakı qondarma “prezident seçkisinə” ABŞ-ın gecikmiş münasibəti də əslində riyakarlıq idi. Hamıdan gec bu saxta seçkini “gördülər”, o da Dövlət Departamentinin hansısa sıravi təmsilçisi səviyyəsində... Ukraynanın, Moldovanın, Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyirsənsə, Donbası və Krımı Ukraynanın ayrılmaz hissəsi kimi hesab edirsənsə, bəs Azərbaycana gələndə niyə səsini qısırsan?

CEYHUN SON.jpg (349 KB)

ABŞ-ın vasitəçiliyi ilə sülh danışıqlarını heç vaxt səmimi hesab etməmişəm. çünki işğal illəri ərzində Vaşinqton bizə faydalı olan bir təklif belə verməyib, əksinə, hər fürsətdə torpağımızın hansısa parçasını ermənilərin xeyrinə qopartmağı hədəfləyib. İndi bu sülh danışıqlarının qulpundan niyə belə israrla yapışdıqlarının səbəbini də hamı bilir. Yenə öz mənafeylərini, çıxarlarını düşünürlər. ABŞ öz niyyətində səmimi deyil, onları sülh maraqlandırmır. Qarabağdakı bir ovuc erməni və onlara rəhbərlik edən silahlı separatçılara “dərs vermək” əvəzinə dəstək olmaq, “Dağlıq Qarabağ xalqının hüquqları” ifadəsini işlətməkdə məqsəd nədir? Dünyaya ədalət rəmzi kimi özünü sırımağa çalışan ABŞ bugünkü reallıqları görməzdən gəlir və ciddi cəhdlə Qarabağdakı separatçı rejimi leqallaşdırmağa çalışır. Üstəlik, son aylar ABŞ-ın ermənipərəst konqresmen və senatorları hər dəfə Azərbaycana dil uzadır, ölkəmizə sanksiya tətbiqinə çağırış edir.

ABŞ səfirlərinin bundan əvvəlki illərdə Azərbaycandakı fəallıqları bəllidir, burada hansı oyunlar qurulurdu, onları xatırlayırıq. Necə fəal idilər, hər yerdən vurub çıxırdılar, hər yerə burunlarını soxurdular. Amma indi aylarla səfir də göndərmirlər. Çünki Azərbaycana siyasi mənada, planlaşdırdıqları kimi yerləşə bilmədilər. Bir daha o fikiri qeyd edirəm: Qarabağda Amerika sülhməramlıları olsaydı, biz heç vaxt Laçında post qura bilməzdik.

Məlumatlara görə, hazırda LGBT və “Nowar”çılara ermənipərəst Samanta Pauerin rəhbəri olduğu ABŞ-ın USAİD xətti ilə maliyyə ayırır. Təəccüblü deyil. Danışıqlarda vasitəçi olan Amerikanın apardığı homoseksual ideologiya ənənəvi milli mədəniyyətləri məhv etməklə bütün dünyanı “birləşdirmək”, xalqlardan eyni “ümumi insanlar” kütləsini hazırlamaq yoludur.

İRAQ.jpg (302 KB)

ABŞ xüsusilə 2000-ci ilin 11 sentyabrından sonra dəyərlərini daha sürətlə itirməkdə, çeynəyib tüpürməkdədir. Bir neçə intibahlar dövrünü yaşayan Avropa da ABŞ-ın siyasətinin təsirləri ilə indi mənəvi böhranın içərisində boğulur. Müsəlmanları “xoxan” kimi təqdim edən ABŞ-ın siyasətinin nəticəsində indi Avropada Quranı yandırırlar. Demokratiya da, insan haqları da ənənəvi qəlibindən çıxıb, hansısa məqsədlərin reallaşması üşün vasitəyə çevrilib, Prezident seçkisinin nəticəsinə etiraz olaraq Kapitoliyaya hücum, eks prezidentə cinayət işi, Ağ Evin hazırkı başçısının adının korrupsiya qalmaqalında hallanması ABŞ-dakı siyasi böhranlın getdikcə dərinləşdiyini göstərir.

Amerikalılar özlərini seçilmişlərdən hesab edə bilərlər, ABŞ isə həm də bir günahkarlar ölkəsidir...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR