İnsanlara hürriyət, millətlərə istiqlal!

Anatoli Çubays Rusiyada xarici agentə çevrilir

522 05.05.2024 16:32 Dünya A A

Rusiya Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya qarşı Mübarizə Komitəsinin üzvü Biysultan Həmzəyev “Rusnano”nun keçmiş rəhbəri Anatoli Çubaysın xarici agent kimi tanınması üçün Ədliyyə Nazirliyinə müraciət hazırlayır.

Musavat.com xəbər verir ki, bu barədə “Moskovski Komsomolets” məlumat yayıb.

Həmzəyevin sözlərinə görə, Rusiya Federasiyasının Ədliyyə Nazirliyi, “Rosfinmonitorinq” (Federal maliyyə monitorinqi xidməti) və FTX Anatoli Çubays və şirkətinin Rusiyadan götürdüyü pullarla Təl-Əviv Universitetində “Rusiya Tədqiqatları Mərkəzi” açması ilə bağlı xəbərlərə diqqət yetirməlidirlər. 

Deputat bütün bunlara görə Anatoli Çubaysın xarici agent kimi tanınmasını təklif edib. Həmzəyevin fikrincə, Anatoli Çubaysa qarşı anti-korrupsiya prosesinə başlamaq və onun ölkədən necə pul çıxardığını öyrənmək lazımdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR