İnsanlara hürriyət, millətlərə istiqlal!

"Apple" işlədənlərə XƏBƏRDARLIQ: Saxta ola bilər - FOTO

1017 17.12.2023 10:53 Texnologiya A A

Smartfon və ağıllı cihazlar istehsalçısı "Apple" şirkəti saxta Apple Watch aksesuarları ilə bağlı xəbərdarlıq edib.

Musavat.com xəbər verir ki, xəbərdarlıqda diqqəti saxta “Apple Watch” şarj cihazı cəlb edib.

Bəs xaxta Apple Watch şarj cihazını necə ayırd olar?

Apple üçüncü tərəf avadanlıqlarından istifadə edərkən istifadəçilərə iki dəfə düşünməyi tövsiyə edir. Şirkət Apple Watch-u sertifikatlaşdırılmamış cihazla doldurmamaq barədə xəbərdarlıq edib. Sertifikatsız şarj cihazları ağıllı saatları yavaş doldurur və batareyanın ömrünün azalmasına səbəb olur.

Texnologiya nəhəngi bildirir ki, orijinal məhsulları onların işarələri, mətnləri və tənzimləyici etiketləri ilə tanıya bilərsiniz.

Şirkət müştərilərə yalnız MFi sertifikatlı şarj cihazlarından istifadə etməyi tövsiyə edir.

Digər tərəfdən, bu yaxınlarda İngiltərədə iddia olunurdu ki, iPhone 15 Pro Max sifariş edən istifadəçilər aldadılıb və onlara saxta məhsullar göndərilib. Bu, "Apple"ın logistik şəbəkəsini şübhə altına almasına səbəb olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR