İnsanlara hürriyət, millətlərə istiqlal!

Araikin ağzını yummaq zamanı...

2492 05.05.2023 21:12 Son xəbər A A

Şuşadan ayaqqabısının birini qoyaraq qaçan Arutyunyan bir yerindən asılmağı çoxdan haqq edib, amma  bu tülkü hələ də ələ keçməməsindən istifadə edərək Azərbaycana yenə dil uzadır

Qarabağ separatçılarının lideri Azərbaycanın ünvanına yenə bir sıra sərsəm bəyanatlar verib, üstəlik özündə cəsarət taparaq “silahlı müqavimət göstərəcəklərini” deyib. Şuşadan ayaqqabısının birini qoyaraq qaçan Arutyunyan bir yerindən asılmağı çoxdan haqq edib, amma  bu tülkü hələ də ələ keçməməsindən istifadə edərək Azərbaycana dil uzadır.

Arutyunyan deyib ki, “beynəlxalq birlik Qarabağı Azərbaycanın tərkib hissəsi hesab etmir, çünki Dağlıq Qarabağın statusu beynəlxalq səviyyədə həll olunmamış qalır". “Beynəlxalq birlik” dedikdə əlbəttə ki,  Fransanı və ABŞ-dan erməniyə “qaz verən” bir neçə konqresmeni nəzərdə tutur. Çünki beynəlxalq birlik  Qarabağı da, ətraf əraziləri də hələ işğal dövründən Azərbaycanın tərkib hissəsi kimi tanıyıb, bunu sübut edən ən tutarlı sənəd BMT-nin dörd qətnaməsidir. O beynəlxalq birlik dediyi erməni dəstəkçiləri də məhz 44 günlük müharibədə o səbəbdən cıqqırlarını çıxara bilmədilər. 

Xankəndi qulduru deyir ki, guya Avropada Təhlükəsizlik və Əməkdaşlıq Şurası (ATƏT) Azərbaycan və Ermənistanın suverenliyini bir şərtlə tanıyıb ki, “Dağlıq Qarabağın gələcək statusu məsələsi sülh konfransı zamanı həll olunsun”. 1992-ci ilin yanvarında Azərbaycan  ATƏT-ə (o vaxt ATƏM adlanırdı) üzvü olub və Azərbaycan Helsinki Yekun Aktı əsasında üzərinə götürdüyü öhdəliklərə indi də tam sadiqdir. Araik Helsinki Yekun Aktını nəzərdə tutursa, o sənədlərdə birinci növbədə dövlətlərin ərazi bütövlüyü və torpaqların bölünməzliyi prinsipi qeyd olunub. Orada xalqların öz müqəddəratını təyinetmə prinsipi də var. Amma ermənilər bu prinsipi illərdir özlərinə sərf edən formada şərh edirlər. Onların “şərhindən” belə başa düşmək olur ki, öz müqəddəratını təyinetmə prinsipi ölkə daxilində “yeni dövlət yaratmaq” deməkdir. Helsinki Yekun Aktında bu barədə heç nə qeyd olunmayıb. Ermənistan və erməni xalqı bütövlükdə öz müqəddəratlarını təyin edib. Ermənilər unudur ki, Helsinki Yekun Aktı güc yolu ilə ərazi əldə edilməsini qadağan edib. Sənədə görə gücdən istifadə olunmaması prinsipi bilavasitə sərhədlərin zorla dəyişdirilməsinin qəbuledilməzliyi ilə bağlıdır. ATƏT-in üzv dövləti olaraq Ermənistan Helsinki Yekun Aktı ilə üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozaraq gücdən istifadə etməklə Qarabağı və ətraf regionlarını işğal etmişdi.  

Əgər Araik ATƏT-in məşhur Lissabon sammitinə “istinad” edirsə, bu da yalandır. O baxımdan ki,   Ermənistan istisna olmaqla, ATƏT-in üzvü olan 53 Avropa ölkəsi Dağlıq Qarabağ probleminin həll edilməsində Azərbaycanın milli mənafelərini əks etdirən prinsipləri açıq şəkildə dəstəkləyib.  “Dağlıq Qarabağa Azərbaycan daxilində ən yüksək özünüidarəetmə statusu” haqda da hansısa bənd olduğu doğrudur. O vaxtın reallığı bunu tələb edirdi, ermənipərəst dövlətlərin Azərbaycana basqısı ən üst səviyyədə idi. Amma indi o reallığı Azərbaycan diktə edir, “status cəhənnəmin soyuq qucağındadır”. 

     

Araik onu da deyib ki, "10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannamədə statusla bağlı heç bir razılaşma yoxdur, bu o deməkdir ki, Dağlıq Qarabağ hələ də mübahisəli ərazi kimi beynəlxalq statusa malikdir, lakin Azərbaycanın bir hissəsi deyil. Artsaxın beynəlxalq statusu mövzusunu bu sənədlə bağlamaq üçün heç bir razılaşma olmayıb". Məşədi İbad demişkən, bu sarsağı yerə yıxıb ağzına-ağzına...vurub deyəsən ki, ay qoduq, sən bu sənədi istədiyin kimi yozmaqla deyil ki...Qarabağın mifik statusu niyə üçtərəfli sənəddə əks olunmalı idi ki? Sənəddə yoxdursa, bu o deməkdir ki, 44 günlük müharibənin qalibi olan Azərbaycan bu məsələni həll edib və ya həll edilməmiş məsələlərinə də özündən başqa kimsə qarışa bilməz. Son iki il yarımda Azərbaycan Qarabağın ermənilər yaşayan hissəsindəki problemləri, çatlaq səsləri özü kəsir, buna da qadirdir. Vur-tut 20-25 min erməninin yaşadığı torpaqlarımızda hansı statusdan danışırlar, hansı beynəlxalq konfransdan dəm vururlar?  Dünyanın Qarabağ erməniləri adlı problemi yoxdur. Nə qədər hay-küy salsalar da, bu reallığa boyun əymək zorundadırlar. Bəyənsəniz də budur, bəyənməsəniz də...

Bakını 10 noyabr 2020-ci il üçtərəfli razılaşmasının “bütün bəndlərini pozmaqda ittiham edən” erməni zehniyyəti ardınca deyir ki, Qarabağ erməniləri tərksilah olmaq niyyətində deyil, çünki bu, "Arsax xalqının kövrək təhlükəsizlik sistemini pozacaq" və Bakının bölgədə “etnik təmizləmə həyata keçirməsinə imkan verəcək”. Sonrakı izahına fikir verin: "Üçtərəfli bəyanatın 4-cü bəndi bizim silahlı qüvvələrimizin bütün Dağlıq Qarabağdan çıxarılması barədə yox, Rusiya sülhməramlı qüvvələrinin dislokasiya yerlərindən çıxarılması barədə razılaşmadır. Sülhməramlılar bütün təmas xətti boyunca yerləşdirilmədiyindən, həmçinin beynəlxalq mandat və səlahiyyətlərə  və ya öz funksiyalarını yerinə yetirmək üçün güc tətbiq etmək imkanlarına malik olmadığından Arsax müdafiə ordusunun bölmələri təmas xəttində döyüş növbətçiliyi aparmaq hüququna malikdir və borcludur".

Araik sənədi yenə də təhrif edərək o rəyi yaradır ki, guya 10 noyabr sənədinə görə erməni silahlıları yalnız Rusiya sülhməramlılarının dislokasiya yerlərindən çıxarılmalıdr, qalan ərazilərdə özləri necə istəyir, müdafiə qura bilərlər. Yəni yalnız təmas nöqtələrindən uzaq dura bilərlər, digər ərazilərdə necə istəyirlər qanunsuz silahlı dəstələr saxlaya bilərlər. Araikin Rusiya sülhməramlılarının arxasında gizlənib "Arsax xalqının özünü təyinetmə hüququ uğrunda qətiyyətli və uzunmüddətli mübarizəyə çağırması” narahatlıq üçün ciddi səbəb deyil.  Bu çox “ordu-ordu” deyir, onun ordu dediyinin bir antiterror əməliyyatı qədər  canı var. Onlar Araikin evinin qoruya bilərlər, dağ-daşda gizlənib Azərbaycan əsgərinə güllə ata bilərlər. Amma  o hinlərindən irəliləyə  bilməzlər. Azərbaycana qarşı güc göstərmək niyyətinə düşsələr, 3-4 saata hamısının meyiti Xankəndinin baş meydanında üst-üstə yığılar.       

Yenə üçtərəfli bəyanata “istinad” edərək Laçın dəhlizində “Azərbaycanın hər hansı iştirakını və müdaxiləsini istisna edir" deməsi də, Araikin hansı psixoloji durumda olduğunu göstərir. Əhali Laçına qayıdandan sonra bu yoldan istifadəni ermənilər üçün ümumiyyətlə, məhdudlaşdırmaq lazım gələcək. Məsələn, 5 gün azərbaycanlılar bu yoldan istifadə etsin, iki gün ermənilər...Hələ bu günlərin qədrini bilsinlər.        

Vaşinqton görüşündən dərhal sonra bu cür bəyanat separatçıların hansı havada olduğunu göstərir. Bu sarsaq da olsa verilmiş bəyanatlar separatçıların Azərbaycana qarşı silahlı mübarizəni davam etdirmək istəyi kimi qəbul edilməlidir.

Araikin ağzını yummaq lazımdır, bəlkə də ağzından vurmaq daha doğru ifadədir...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR