İnsanlara hürriyət, millətlərə istiqlal!

“Avroviziya-2024”ün bütün finalçıları məlum oldu - VİDEO

1450 10.05.2024 00:29 Mədəniyyət A A

İsveçin cənubundakı Malmö şəhərində “Avroviziya”un ikinci yarımfinalı baş tutub, final mərhələsinin bütün iştirakçıları bəlli olub.

“Report” xəbər verir ki, cümə axşamı səhnəyə 16 iştirakçı çıxıb, onlardan 10-u daha sonra yarışmaq hüququ qazandılar: Latviya, Avstriya, Niderland, Norveç, İsrail, Yunanıstan, Estoniya, İsveçrə, Gürcüstan, Ermənistan.

Çərşənbə axşamı baş tutan birinci yarımfinalın nəticələrinə əsasən, Serbiya, Portuqaliya, Sloveniya, Ukrayna, Litva, Finlandiya, Kipr, Xorvatiya, İrlandiya və Lüksemburq təmsilçiləri həlledici mərhələyə yüksələ biliblər.

Mayın 11-də keçiriləcək finalda ümumilikdə 26 ölkə iştirak edəcək.

***

İsveçin Malmö şəhərində 68-ci “Avroviziya-2024” mahnı müsabiqəsinin ikinci yarımfinalına start verilib.

"Report" xəbər verir ki, Malmö arenanın əsas səhnəsində 16 ölkənin təmsilçiləri musiqi nömrələrini nümayiş etdirəcəklər.

Finala çıxmaq uğrunda Malta, Albaniya, Yunanıstan, İsveçrə, Çexiya, Avstriya, Danimarka, Ermənistan, Latviya, San-Marino, Gürcüstan, Belçika, Estoniya, İsrail, Norveç və Niderland mübarizə aparacaq.

Yarımfinalın sonunda televiziya izləyicilərinin səsverməsi nəticəsində finala çıxan ikinci onluq elan ediləcək, onlar müsabiqədə iştiraklarını davam etdirəcək və “Avroviziya-2024”ün mayn 11-də finalında yenidən səhnəyə çıxacaqlar.

“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalına dünən yekun vurulub. Səsvermənin nəticələrinə görə, Azərbaycanın yarışmadakı təmsilçiləri Fahree və İlkin Dövlətov mübarizəni yarımfinalda dayandırıblar. Finala keçənlər isə Serbiya, Portuqaliya, Sloveniya, Ukrayna, Litva, Finlandiya, Kipr, Xorvatiya, İrlandiya və Lüksemburq təmsilçiləri olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR