Türkiyənin Adıyaman şəhərində avtobusda sərnişinlər arasında əlbəyaxa dava olub.
Musavat.com xəbər verir ki, hadisə şəhərin İndərə bölgəsində qeydə alınıb.
Məlumata görə, hələlik naməlum səbəbdən iki sərnişin arasında mübahisə yaranıb. Qısa müddət ərzində gərginlik böyüyərək təpik və yumruq davasına çevrilib.
Avtobus sürücüsü nəqliyyat vasitəsini saxlayaraq tərəfləri sakitləşdirməyə çalışsa da, bu, nəticə verməyib. Tərəflər avtobusun salonunda bir-birinə hücum edib.
Dava zamanı avtobusun qapısının qəfil açılması nəticəsində iştirakçılardan biri nəqliyyat vasitəsindən yerə yıxılıb.
Digər sərnişinlərin müdaxiləsindən sonra dava dayandırılıb.
Hadisə anı sərnişinlərdən biri tərəfindən lentə alınıb və sosial şəbəkələrdə yayılıb. Hazırda insidentin başvermə səbəbi araşdırılır.
Şahanə Rəhimli
Musavat.com






