İnsanlara hürriyət, millətlərə istiqlal!

AZAL-dan Bakı və Dubay arasında uçuşlara XÜSUSİ TƏKLİF

886 07.05.2024 09:48 Ölkə A A

Azərbaycanın milli aviadaşıyıcısı AZAL 7–23 may 2024-cü il tarixlərində Bakı və Dubay arasında olan uçuşlara xüsusi təklif təqdim edir.

Musavat.com "Azərbaycan Hava Yolları" (AZAL) QSC-yə istinadən xəbər verir ki, təklif yüksək tələbat dövrü istisna olmaqla aviaşirkətin 3 iyun–5 sentyabr 2024-cü il tarixlərində həyata keçirəcəyi reyslərinə şamil olunur.

Bakıdan Dubaya aviabiletlərin qiyməti

Bir tərəfə:

Gecə reysləri – 88 avrodan

Səhər reysləri – 108 avrodan

Gediş-dönüş:

Gecə reysləri – 168 avrodan

Səhər reysləri – 208 avrodan

Dubaydan Bakıya aviabiletlərin qiyməti

Bir tərəfə:

Gecə reysləri – 348 dirhəmdən

Səhər reysləri – 428 dirhəmdən

Gediş-dönüş:

Gecə reysləri – 666 dirhəmdən

Səhər reysləri – 828 dirhəmdən

Qeyd edək ki, biletlərin qiymətinə baqaj daxil deyil, lakin 10 kq-a qədər əl yükünün daşınmasına icazə verilir.

Təklifdən yararlanaraq xüsusi qiymətlərlə Dubaya bilet almaq və macəra dolu yay tətili keçirmək fürsətini qaçırmayın!

Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytından və yenilənmiş mobil tətbiqindən əldə etmək mümkündür.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR