İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Bolqarıstana əlavə həcmdə enerji resursları tədarük edə bilər

473 29.04.2024 21:52 İqtisadiyyat A A

Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov bu ölkənin energetika naziri vəzifəsini icra edən Vladimir Malinov ilə görüşdə Azərbaycanın əlavə həcmdə enerji resurslarının Bolqarıstana çatdırılması imkanlarını müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə diplomat “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Səfir bildirib ki, görüşdə Azərbaycandan təbii qazın Bolqarıstan ərazisinə nəqli və tranziti məsələləri diqqət mərkəzində olub: “SOCAR-ın Bolqarıstanın qazlaşdırılmasında iştirakı, yaşıl iqtisadiyyatın inkişafı vasitəsilə əlavə həcmdə enerji resurslarının çatdırılması imkanları və Azərbaycanın yaşıl keçid strategiyası müzakirə edilib”, - paylaşımda deyilir. 

d4e63936-255a-35de-a01d-659abe58e0d3.jpg (134 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR