İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda ədalətli rəqabət mühiti formalaşdırılmalıdır

1791 29.07.2020 09:50 KİVDF layihələri A A

Koronavirus pandemiyası qlobal səviyyədə dövlətləri bir sıra çağırışlarla üz-üzə qoyub. Bu çağırışlar arasında ən mühümü postpandemiya dövründə iqtisadiyyatın itirdiklərini maksimum sürətlə bərpa etməyə imkan verəcək tədbirlərin elə pandemiya dövründə hazırlanaraq həyata keçirilməsidir.

Azərbaycan hökuməti də bu çağırışları nəzərə almaqla pandemiyadan sonrakı dövrdə biznesin, zərərçəkən sahələrin dirçəlməsi, fəaliyyətini bərpa etməsi üçün münbit şərtlər formalaşdırmaq istiqamətində addımlar atmaqdadır. Bu addımların bir istiqaməti zərərçəkən sahələr üzrə biznesə vergi tətil və güzəştlərinin, ödənişlərə tətillərin verilməsidir. Dövlətin dəstək tədbirlərinin bir istiqamətini isə biznesin maliyyə resurslarına əlçatanlığını artırmaq təşkil edir. Bu məqsədlə 2 yeni proqram hazırlanaraq icrasına başlanılıb. Proqramlarda daşınmaz əmlak girovu olmayan sahibkarlara avadanlıqların alınması üçün güzəştli kreditlərin verilməsi; Sahibkarların götürəcəyi 500 milyon manat həcmində kreditin 60 faizinə dövlət zəmanətinin təqdim olunması və həmin kreditlərin faizinin yarısının dövlət tərəfindən ödənilməsi və sair mühüm tədbirlər nəzərdə tutulur.

SON DƏQIQƏ: Rəsmən açıqlandı - Dövlət krediti olanlara 2 formada ...

Azərbaycanda biznesin, xüsusilə də iqtisadiyyatın və məşğulluğun sütunu hesab olunan kiçik və orta sahibkarlığın inkişafını sürətləndirmək üçün daha bir mühüm çağırış azad və ədalətli rəqabət mühtinin formalaşdırılmasıdır. Təcrübə göstərir ki, mövcud qanunverici baza ilə (“Antiinhisar fəaliyyəti haqqında”, “Təbii inhisarlar haqqında”, “Haqsız rəqabət haqqında” qanunlar və digər normativ-hüquqi  aktlar.) sağlam rəqabət mühitinin tam formalaşmasına nail olmaqda çətinliklər meydana gəlir. Xüsusilə bir sıra hallarda yerli və mərkəzi icra orqanlarında təmsil olunan məmurların biznes fəaliyyətinə qoşulması nəticəsində rəqabət qaydaları kobudcasına pozulur. Bu amil ölkə prezidentinin də diqqətindədir: “Bəzi hallarda dövlət məmurları, yerli icra orqanlarının rəhbərləri, nümayəndələri imkan vermirlər, xüsusilə bölgələrdə. Əgər indi kimsə özü üçün bir balaca iş qurursa, gəlib zəli kimi onun bədənindən yapışırlar, qanını sorurlar. Belə adamlara qarşı çox ciddi tədbirlər görüləcəkdir. Ona görə biz sahibkarlara nəfəs verməliyik ki, onlar rahat işləsinlər. Vergidən başqa heç bir ödəniş ola bilməz”;  “Haqsız rəqabət, bu da bizim üçün böyük problemlər yaradır. Buna təkan verən dövlət məmurlarıdır, hansıların ki, biznes maraqları var”. Dövlət başçısı qeyd edib ki, onlar öz imkanlarından istifadə edərək rəqibləri sıradan çıxarırlar, bəzi hallarda şərləyirlər: “Elə şərait yaradırlar ki, onlar məcbur olub ya bizneslərini satsınlar, ya da ki, çıxıb getsinlər. Buna da yol vermək olmaz”.

İnhisarçılığa və qeyri-sağlam rəqabətə qarşı mübarizə sahəsində qanunvericiliyin ciddi şəkildə təkmilləşdirilməsi, vahid məcəllə halına gətirilməsi ölkə Prezidenti tərəfindən 2016-cı ildə təsdiqlənmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” və “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə də nəzərdə tutulub.

Qeyd edək ki, 2006-cı ildə Milli Məclisdə Rəqabət Məcəlləsi iki oxunuşda müzakirə olunaraq qəbul edilsə də, 3-cü oxunuşa çıxarılmayıb. 2017-ci ildə yeni Rəqabət Məcəlləsinin hazırlanmasına başlanıb. Hökumətin 2020-ci ilin dövlət büdcəsi haqqında qanunlar zərfinə dair açıqlamasından aydın olur ki, Rəqabət Məcəlləsinin yeni layihəsi hazırlanaraq aidiyyəti üzrə təqdim olunub.

Əli Məsimli də seçkilərə qatıldı - modern.az

Əli Məsimli: “Rəqabət Məcəlləsinin qəbulunun sürətləndirilməsi çox vacibdir”

İqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimlinin sözlərinə görə, Azərbaycanda ölkə iqtisadiyyatının inkişafını əngəlləyən ən mühüm amillərdən biri məhz inhisarçılıqdır: “İnhisarçılıq əhalinin daha çox tələbat duyduğu maların xeyli hissəsinin yerli şəraitdə istehsalının təşkilində, inflyasiya və işsizliklə bağlı məsələlərin həllində çox ciddi problemlər yaradır, ölkəni xeyli dərəcədə keyfiyyətsiz malların və xidmətlərin satış poliqonuna çevirir. Ona görə də ölkə iqtisadiyyatının fəaliyyətinin səmərəliliyini, rəqabət qabilliyyətini və eksport imkanlarını genişləndirməkdən ötrü antiinhisar siyasətinin gücləndirilməsinə ciddi ehtiyac var. Ölkə iqtisadiyyatının dayanıqlı inkişafı üçün antiinhisar siyasəti və rəqabət mühitinin formalaşmasını effektiv şəkildə həyata keçirməkdən ötrü zəruri olan şərtlər arasında onun hüquqi bazasının möhkəmləndirilməsi, Rəqabət Məcəlləsinin qəbulunun sürətəndirilməsi çox vacibdir. Eyni zamanda, həmin Məcəllənin səmərəli fəaliyyətini təmin etmək gücünda olan işlək reallaşdırma mexanizmi olmalıdır. Rəqabət sahəsində institusional rejimin səmərəliliyinin və iqtisadi sahədə tənzimləyici qərarların müstəqilliyinin artırılması istiqamətində zəruri tədbirlər görülməliidr. Dövlətin, cəmiyyətin və azad sahibkarlığın maraqlarını qorumaq üçün hər bir sahədəki inhisarçılıq fəaliyyəti nəzarət altına alınmalı və aradan qaldırılmalıdır”.

Millət vəkili bildirir ki,  yaşadığımız dövrün və koronavirus pandemiyasının yaratdığı, eləcə də onun ətrafında gedən proseslərdən doğan yeni situasiyanın real tələbatından doğan əsas məsələ islahatların davam etdirilməsidir: “Bu zaman islahatların davamının özündə məqsəd xarakteri daşımasına, oliqarxiyanın, monopoliyaların bundan sui-istifadə etməsinə imkan verməmək və atılan addımların dövlət, cəmiyyət, onun hər bir üzvü və azad sahibkarlıq, biznes üçün üçün nəticəliliyinin artrılmasıdır. Bu baxımdan həyat keçirilən islahatların, xüsusən də kadr islahatları da daxil olmaqla insan amilinin prioritet təşkil etdiyi innovasiyalı inkişaf modelinin tələblərinə müvafiq sürətdə təkmilləşdirilməsi istqamətində sistemli addımların atılması, maliyyə aministiyasının, kapitala aministiyanın verilməsi zəruridir. Bundan əlavə, mülkiyyət hüququnun Konstitusion əsaslarla müdafiəsinin təmin olunması, təkmil və müstəqil məhkəmə sistemnin formalaşdırılması, dövlətin iqtisadiyyatdakı rolunun optimallaşdırılması lazımdır.

Qlobal təhlükə, risk və çağırışlara operativ cavab verə bilən çevik və islahatçı hökumət modelinə keçilməlidir. Bu əsasda idarəetmənin çevikliyinin artırılması və səmərəliliyinin yüksəldilməsi vacibdir. ”Dövlət-biznes-qabaqcıl texnologiya-vətəndaş cəmiyyət"nin optimal kombinasiyasına nail olmaqla dövlətin yeni rolunun formalaşdırılması və optimallaşdırılması, dövlət aparatının kiçildilməsi, mobilləşdirilməsi, çevikləşdirilməsi, islahatların köməyi ilə iqtisadi məsələrlərin həllinə “idarə maraqları” baxış bucağından dövlət maraqları prinsipinə keçidin təmin edilməsi də günün tələbidir. Dövlət qurumlarının səmərəli fəaliyyət göstərən idarəetmə, tənzimləmə və nəzarət mexanizmi yaradılmalıdır. Dövlət şirkətlərində səmərəli fəaliyyət göstərən korporativ idarəetmə sisteminin formalaşdırılması və fərdi innovasiyalı inkişaf layihələrinin həyat keçirilməsi, elektron hökumət layihəsinin tətbiqi dairəsinin, ümumiyyətlə, eləcə də elektron vergi, elektron gömrük və sair istiqamətlərdə genişləndirilməsi və səmərəliliyinin artırılması ehtiyac duyulan addımlardandır. Ən nəhayət, digər təxirəsalınmaz tədbirlərin həyat keçirlməsi və insan amilinin prioritet təşkil etdiyi İnnovasiyalı İnkişaf Modelinin reallaşdırılması üçün ölkədə və xaricdə ixtisaslı kadrların hazırlanması sahəsində fəaliyyətin, müasir tələblərə cavab verən ixtisaslı kadrların, eləcə də texnokratların formalaşması və dövlət idaretmə sistemində onlardan istifadənin dairəsinin genişləndirilməsi zəruridir".

 

Eldar Qocayev: “Rəqabət qanunvericiliyinin işləməsi üçün real rəqabət mühiti lazımdır”

Hüquq üzrə fəlsəfə doktoru, kommersiya hüququ üzrə mütəxəssis Eldar Qocayev bildirir ki, azad sahibkarlığın əsasını, onurğa sütununu rəqabət təşkil edir: “Rəqabət iqtisadiyyatda demokratiyanı (fəaliyyət azadlığını, tələb-təklif balansını) təmin edən, ilkin təbii tənzimləyici bazis elementidir. Dünyanın bütün inkişaf etmiş ölkələrində rəqabət qanunvericiliyi ən önəmli elementlərdən biridir. Dünyada 150-dək ölkədə rəqabət (antiinhisar) qanunvericiliyi mövcuddur”.

Ekspert qeyd edir ki, Azərbaycanda XX əsrin 90-cı illərində Rusiya qanunvericiliyinin təsiri altında formalaşmış qanunvericiliyin təkmilləşdirilməsi vacibdir: “Burada müxtəlif istiqamətlərdə fərqli normaların köklü dəyişdirilməsi lazımdır. Qanunvericiliyin məcəllə və ya qanun formasında olması əsas məsələ deyil, əsas onun onun məzmununu hansı və necə normaların təşkil etməsidir. Lakin bununla da məsələ həll olunmur. Rəqabət qanunvericiliyinin işləməsi üçün real rəqabət mühiti lazımdır. Bu isə bir çox amillərdən asılıdır.  Aydınlaşdırmaq üçün deyim ki, Baltikyanı ölkələr də həmin dövrdə təxminən eyni normalarla başladılar. Lakin onların tətbiq etdiyi iqtisadi (o cümlədən rəqabət) siyasəti real rəqabət mühiti yaratmağa yönəldiyindən, artıq 2000-ci illərdə nəticələr bizimlə müqayisədə əksqütblü oldu.

E.Qocayevin sözlərinə görə, konkret bir ölkənin təcrübə və qanunvericiliyinə tam istinad etmək mümkün və düzgün deyil: “İnkişaf etmiş ölkələrin hər birinin ayrı-ayrı məqamları digərlərindən daha güclüdür. Ona görə də bu sahədə müxtəlif qabaqcıl ölkələrin ayrı-ayri xüsusiyyətlərinə nümunə kimi istinad edib, milli xüsusiyyətləri nəzərə alan hər bir ölkənin öz qanunvericiliyi daha uğurlu olub. Bununla əlaqədar beynəlxalq və regional təşkilatların müvafiq prinsip, norma və model qanunları da çox faydalıdır. Bunlar, məsələn,  Avropa Birliyi (Roma Sazişi), Beynəlxalq Rəqabət Şəbəkəsi, İqtisadi Əməkdaşlıq və İnkişaf  Təşkilatı, Ümumdünya Ticarət Təşkilatı, BMT-nin Ticarət və İnkişaf Konfransı (UNCTAD) və sairdir”.

Ümumdünya Ticarət Təşkilatına üzvlük bizə lazımdırmı? » Anews.az ...

Millət vəkili Ə.Məsimli bəzi məmurların biznes maraqlarının qarşısının alınmasını mühüm hesab edir: “Bu məsələlərin həlli çox vacibdir. Dövlət məmuru- iş adamı münasibətlərində bir tərəfdən qanundan yuxarıda duranlara və öz bisnes maraqlarını realllaşdırmaqdan ötrü sahibkarlara bilavasitə və ya dolayı yollarla müxtəlif təzyiqlər göstərən məmurlara qanunun gücünün bütün sərtliyi ilə tətbiq edilməsi, digər tərəfdən isə ”kömək edə bilmirsənsə və etmək istəmirsənsə heç olmasa, mane olma" prinsipinin aktuallaşdırılması və azad sahibkarlığın inkişafının mühüm hərəkətverici qüvvəsinə çevrilməsi zəruridir".

E.Qocayevin fikrincə, Azərbaycanda rəqabət qanunvericiliyi təkmilləşdirilərkən hökmran mövqe faizi və onun müəyyənləşdirilməsi metodları; Təmərküzləşmələrə nəzarət; Haqsız rəqabət formalarının dəqiqləşdirilməsi; Dövlət satınalmaları ilə əlaqədar qaydaların şəffaflığını və həqiqiliyini təmin edəcək normaların olması; Təbii inhisar subyektlərinin tənzimlənməsi ilə əlaqədar müasir və müstəqil qanunvericilik bazasının formalaşdırılması; rəqabətlə əlaqədar işləri müstəqil araşdıra biləcək status və struktura malik Şura və Orqanın olması kimi məqamlar nəzərə alınmalıdır.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR