İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda valideynləri SEVİNDİRƏCƏK XƏBƏR - Fevralın 1-dən... - VİDEO

37316 19.01.2024 09:16 Təhsil A A

Fevral ayından etibarən məktəbəqədər təhsillə bağlı alternativ modellərin tətbiqinə başlanır.

Bu barədə Xəzər TV-yə Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova bildirib. 

O əlavə edib ki, pilot layihə fevral ayından başlayaraq bir neçə ay davam edəcək. Layihə Bakı, Naxçıvan, Astara, Füzuli, Göygöl, Lənkəran, Masallı, Şəki, Şirvan, Zaqatala kimi regionlarda icra olunacaq.

Layihədə sağlamlıq imkanları məhdud uşaqlar da nəzərə alınıb.

Xatırladaq ki, ilk dəfə həyata keçirilən "Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili" pilot proqramına 19 layihə təqdim edilib və onlardan 16-sı qrant qazanıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR