İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın əsas yatağından neft hasilatı qismən DAYANDIRILDI

2200 26.04.2024 15:31 İqtisadiyyat A A

Azərbaycanın əsas neft hasil edilən “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yatağında Dərinsulu Günəşli platformasında hasilat dayandırılıb.

Musavat.com yatağın işlənməsi layihəsinin operatoru BP şirkətinə istinadən xəbər verir ki, platformada hasilat aprelin 25-dən 15 günlük müddətə illik iş proqramının bir hissəsi olaraq profilaktik işlər həyata keçirilməsi üçün dayandırılıb.

Profilaktika proqramı çərçivəsində müxtəlif layihələr, o cümlədən ventillərin dəyişdirilməsi, radioizotop mənbələrin dəyişdirilməsi və vacib təmir işləri həyata keçiriləcək:

“Belə proqramlar normal əməliyyatların bir hissəsidir və onlar planlaşdırılmış şəkildə həyata keçirilir. Bu proqramın planlaşdırılması işlərinə 2023-cü ildən başlanıb və proqram üzrə həyata keçirilən işlər 2024-cü ilin illik iş proqramı və büdcəsinə daxil edilib. Platformanın müvəqqəti dayandırılması həmçinin bu ilin hasilat planına da daxil edilib”.

Şirkət bildirir ki, AÇG-nin digər platformalarından, həmçinin “Şahdəniz” yatağının platformalarından hasilat, Səngəçal terminalında əməliyyatlar, Bakı-Tiflis-Ceyhan və Cənubi Qafqaz Boru Kəməri (CQBK və CQBKG) vasitəsilə ixrac əməliyyatları normal davam edir:

“Bu planlaşdırılmış proqram obyektlərin uzunmüddətli təhlükəsiz, etibarlı, bütöv şəkildə, ətraf mühitə ziyan vurmadan istismarının vacib bir hissəsidir və əsasən elə profilaktik təmir və modifikasiya işlərindən ibarətdir ki, həmin işləri yalnız obyektin fəaliyyətini müvəqqəti dayandıraraq həyata keçirmək mümkündür”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR