İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanla sərhədə DAXİLİ QOŞUNLAR yeridildi, Paşinyan "münaqişə alovlana bilər" dedi –Natiq Cəfərli ilə CANLIDA

755 02.05.2024 11:37 Gündəm A A

Ermənistan polisi Tavuş rayonunun Kirants kəndində gücləndirilmiş iş rejiminə keçib. Bu barədə Ermənistan DİN-in məlumatında deyilir. Bildirilib ki, Ermənistan Müdafiə Nazirliyi Tavuş rayonunun Kirants kəndi və Qazax rayonunun Xeyrimli kəndi ərazisində ekspert qruplarının geodeziya ölçmələri əsasında dövlət sərhədinin koordinatlarının dəqiqləşdirilməsi üzrə işlərin həyata keçirilməsi məqsədilə minalardan təmizləmə işləri aparır.

“Polis mülki şəxslərin minalanmış ərazilərə daxil olmasının qarşısını almaq və onların təhlükəsizliyini təmin etmək üçün minalardan təmizləmə zonalarında gücləndirilmiş xidmət göstərir”, - məlumatda qeyd edilib.
“Sərhəddə delimitasiya prosesinin həyata keçirilməməsi Azərbaycana eskalasiya üçün daha çox səbəb verə bilər”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. “Gürcüstanla delimitasiya təxminən 20 ildir davam edir, lakin Bakı ilə bu prosesi sürətləndirmək lazımdır. Dörd kəndin yaxınlığında sərhədin müəyyən edilməməsi Azərbaycana bu problemin həllində eskalasiya üçün səbəb verir. Yəni delimitasiya olmadan münaqişənin yenidən alovlanması mümkündür”, – Paşinyan vurğulayıb.

O həmçinin bildirib ki, sərhəddə Müdafiə Nazirliyinin postları olmayacaq:

“Bakı ilə razılaşmaya əsasən, sərhəd qoşunları delimitasiya olunmuş ərazilərə yerləşdiriləcək. Çünki sərhədlərdə təhlükəsizliyi təmin etmək onların mandatıdır”.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız ReAL Partiyasının icra katibi Natiq Cəfərlidir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR