İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı müğənni Qazaxıstanda birinci oldu

1517 16.12.2020 14:50 Şou-biznes A A

 

İkinci Qarabağ savaşı başlayandan vətənpərvərlik ruhunda ifa etdiyi “Atəş” mahnısı ilə gündəmdə olan müğənni Nərmin Kərimbəyova daha bir uğura imza atıb.

Musavat.com xəbər verir ki, o, MDB ölkələrinin iştirakı ilə keçirilən “Voice of Turan” yarışmasında birincilik əldə edib. 15 iştirakçının qatıldığı yarışmada ifaçı “Sevə-sevə” adlı mahnını səsləndirib. Pandemiya səbəbilə onlayn keçirilən yarışmada Qazaxıstanın nüfuzlu simaları: bəstəkarlar, musiqi prodüserləri və Xalq artistlərindən ibarət 5 nəfərlik münsif heyəti olub.

Onların qərarına əsasən müsabiqədə iştirak edən bütün mahnılar qazax dilinə tərcümə olunub, ölkələrinin milli alətləri ilə yenidən aranjeman etdirilib. Çıxışlar zamanı müğənnilərin səs imkanları, ifa tərzləri, xarici görünüşləri və performansları dəyərləndirilib. Nərmin Kərimbəyova yarışmada birincilik qazanıb. Sənətçi xüsusi diplom və pul mükafatı ilə təltif olunub.

Qeyd edək ki, müğənninin ifa etdiyi mahnının bəstəkarı Erbolat Dosbolatuli, sözləri İlkin Hüseynov, Nərmin Kərimbəyova aiddir. Orijinal mətnin müəllifi isə Rinat Zayıtovdur.

Könül İbrahimli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR