İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı İrəvan üçün daha real tarix yazır: Ermənilər məhz bu günün ağırlığı altında həmişə əziləcəklər

2828 01.01.2024 19:09 Analitika A A

Erməni toplumu "tarix" uydurmağa xüsusi həvəs göstərsə də, 1 yanvar 2024-cü ili heç vaxt unutmamalıdır... Əgər, reallıqdan yenə uzaqlaşsalar, Azərbaycanın "dəmir yumruğu" qondarma Ermənistan dövlətçiliyi üçün də yeni sətirdən fərqli tarix yazmaqda qətiyyən gecikməyəcək...

Ermənilər özlərinə "tarix" uydurmaq xəstəliyinə tutulmuş etnik qrupdur. Bu toplumun təmsilçiləri hətta bütün dünya tarixinin öz başlanğıcını məhz ermənilərdən götürdüyünü belə, iddia edirlər. Dünya ermənilərə inanmalı olsaydı, bütün planeti "Ermənistan" adlandırmaq məcburiyyətində qalardı. Və dünyada olan hər şeyin məhz ermənilər tərəfindən icad olunduğunu qəbul etməli olardı.

Ən qəribə məqam ondan ibarətdir ki, ermənilər əvvəlcə bir yalanı uydururlar. Sonra isə özləri də böyük həvəslə öz yalanlarına inanıb, onun girovuna çevrilirlər. Halbuki, reallıqda erməni toplumu bəşəriyyət üçün heç bir faydalı bir şey təqdim edə bilməyiblər. Natamamlıq kompleksindən əziyyət çəkən erməni toplumu indiyə qədər əsasən xəyanət, oğurluq və terrorizm "sahələr"ində məşhurlaşa bilib. Və bu baxımdan, erməni toplumunun əslində, real tarixi də mövcud deyil.

24fc7ea4-68bd-4b89-a186-3e7b70b90aa2.jpg (149 KB)

Dünya tarixinə hər hansı erməni dövləti tanış deyil. Nə qədər uydurmalar da, "ən qədim millət" olduqlarını iddia etsələr də, daimi vətənləri belə, yoxdur. Hazırda yaşadıqları ərazilərə də təxminən 200 il əvvəl Rusiya imperiyası tərəfindən köçürülüblər. Elə Ermənistan adlı dövləti də Rusiya Azərbaycan ərazilərində süni şəkildə yaradıb, ermənilərə hədiyyə edib. Ardınca isə Azərbaycan ərazilərində "artsax" adı altında ikinci erməni dövlətinin də yaradılmasına cəhd göstəriblər. Rusiya və Qərbdəki himayədarları da bu məsələdə ermənilərə dəstək verib.

Ancaq Azərbaycan öz ərazində ikinci erməni dövlətinin yaradılmasına imkan tanımadı. Əksinə, Azərbaycan ordusu 30 illik "artsax" layihəsini birdəfəlik iflasa uğradıb, dəfn etdi. Artıq erməni toplumunda da anlamağa başlayıblar ki, başqalarının dəstəyi ilə qonşuların torpaqlarında qondarma "dövlət" uydurmaq dövrü sona çatıb. İndi erməni toplumu üçün əsas hədəf uydurma "artsaxı" unudub, süni yaradılmış Ermənistanın mövcudluğunu qorumaqdan ibarət ola bilər. Əks halda, yaxın gələcəkdə erməni toplumu ona "hədiyyə" edilmiş qondarma Ermənistanı da itirməli olacaq.

Ona görə də, erməni toplumu bundan sonra qondarma "tarix" uydurmaq xəstəliyindən müalicə üsulları axtarmaq məcburiyyətində qalacaq. Çünki uydurma "tarix" daha Cənubi Qafqazda heç bir işə yaramayacaq. Əsl tarix isə məhz savaş meydanında yazılmalıdır. Halbuki, erməni toplumu ilə savaş meydanı arasında da dərin uçurum mövcuddur. Belə qorxaq etnik qrupların real tarixini isə adətən, savaş ənənəsi olan qüdrətli xalqlar yazır.

Məsələ ondadır ki, hazırda Azərbaycan bütövlükdə Cənubi Qafqazın tarixini yenidən yazmağa başlayıb. Təbii ki, erməni toplumuna da bundan pay düşür. Belə ki, Azərbaycan indi erməni toplumunun real tarixini yazır. Ermənilər onilliklər boyu Azərbaycan ərazilərini işğal altında saxlayıb, Ermənistana qatmağa çalışırdılar. Bunu "böyük Ermənistan" layihəsinin tərtib hissəsi hesab edirdilər.

d491ec7e79a11cfca5fddec9a09b80d7.jpg (242 KB)

Ancaq rəsmi Bakı 2020-ci ildə bu uydurma "layihə"ni həmişəlik ləğv etdi. Azərbaycan ordusu işğal altında olan bütün ərazilərin azad edilməsinə nail oldu. Ermənilərin 30 illik planlarını cəmisi 44 gün ərzində sıradan çıxartdı. Bir neçə ay əvvələ qədər isə bu qəsbkar toplumun son ümidi "artsax" idi. Vaxtilə keçmiş SSRI-nin "DQMV" adı altında ermənilərə "hədiyyə" etdiyi Azərbaycan ərazilərində ikinci erməni dövləti qura biləcəklərini düşünürdülər. Erməni toplumunun bu ümidlərini isə Azərbaycan ordusu cəmisi 24 saatlıq bir antiterror əməliyyatı ilə puça çıxardı.

İndi Ermənistan cəmiyyəti də, erməni diasporu da əsl reallıqla qarşı qarşıya qalıb. Uydurma "tarix" də, qondarma "dövlət" artıq mövcud deyil. Rəsmi Bakının "dəmir yumruğu" erməni toplumuna real tarixi daha effektiv şəkildə öyrədə bilən yeganə vasitədir. İndi anlamağa başlayıblar ki, "artsax" reallıqda mövcud olmayıb və bu mövzuda hər hansı israrlı davranış son nəticədə qondarma Ermənistanı da "tarixin zibilliyi"nə götürə bilər.

Ona görə də, Ermənistan cəmiyyəti "artsax" layihəsini bir anlaşılmazlıq kimi qəbul etməlidir. Əks halda, revanşist davranışlar "Ermənistan" adlı digər anlaşılmazlığa da birdəfəlik aydınlıq gətirə bilər. "Artsax" iddialarını yenidən gündəmə çıxartmağa çalışan erməni siyasi dairələri ilk növbədə Ermənistana düşmənçilik etdiklərini anlamalıdırlar. Və bu, süni yaradılmış erməni dövlətçiliyini qorumaq üçün yeganə doğru yanaşma olmalıdır.

b1b46a03bd1541a69135bd6de37c4c10.jpg (131 KB)

Məsələ ondadır ki, "artsax" adlı dövlət heç vaxt mövcud olmayıb. Bu, sadəcə, xarici himayədarların dəstəyi ilə erməni terrorizminin sığındığı "boz zona" kimi qanundan kənarda qalmış Azərbaycan ərazisi olub. Üstəlik, mövcud olmayan "dövlət" Azərbaycan ordusu tərəfindən darmadağın edilmiş erməni separatçı-terrorçular tərəfindən "ləğv" edilib. Erməni separatçı-terrorçuların cinayətkar rəhbərliyi isə vaxtilə işğal edəcəkləri barədə "xəyallar" qurduqları Bakıda həbsxanada öz cəzalarını gözləyirlər.

İndi bəzi erməni revanşistlər Azərbaycan ordusunun dəfn etdiyi "artsax" terrorizm layihəsini bərpa etməyə cəhd göstərirlər. Halbuki, bu, qətiyyən reallığa uyğun davranış deyil. Çünki mövcud olmayanı ləğv etmək, mövcud olmayıb, ləğv ediləni isə bərpa etmək mümkünsüzdür. Yəni, sadəcə, erməni separatçı-terrorçular yanvarın birindən etibarən öz fəaliyyətlərini dayandırmış hesab olunurlar. Azərbaycan üçün bu, sadəcə, həm formal, həm də simvolik anlam daşıyır. Və bu tarixdən etibarən 30 illik qondarma "artsax" layihəsini həmişəlik sıradan çıxarılmış kimi qəbul olunur.

Elə erməni toplumu da 1 yanvar 2024-cü il tarixini heç vaxt unutmamalıdır. Çünki məhz bu gündən başlayaraq, erməni toplumu yeni reallıqlarla qarşı-qarşıyadır. Həmin reallıqlar onu göstərir ki, bundan sonra erməni toplumunun tarixini məhz Azərbaycan dövləti yazacaq. Əgər, bu reallıqla barışmasalar, onda Azərbaycanın "dəmir yumruğu" qondarma Ermənistan dövlətçiliyi üçün də yeni sətirdən fərqli tarix yazmaqda qətiyyən gecikməyəcək.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR