İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı məktəbliləri bu uğurlara imza atıb: 24 məzun qızıl...  

569 18.12.2023 12:48 Təhsil A A

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrini 2023-cü ildə 24 məzun qızıl və gümüş nişanla başa vurub.

Musavat.com xəbər verir ki, paytaxt məktəblərinin XI sinif məzunlarından 18-i qızıl, 6-sı gümüş nişana layiq görülüb.

Qeyd edək ki, namizədlər qızıl və gümüş nişana layiq görülməsi Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası”na əsasən müəyyənləşdirilir.

Qurumdan o da bildirilib ki, 2023-cü ildə ümumi təhsilin tam orta təhsil səviyyəsində təmayülləşmənin miqyası genişləndirilib. Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 188 məktəbdə təşkil edilən 922 təmayül sinifdə 20 592 şagird təhsil alır. Ümumi təhsildə keyfiyyətin artırılmasına xidmət edən təmayül siniflərə şagirdlərin marağı ilbəil artmaqdadır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR