İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı-Qazax yolunda hərəkət dayanıb - SƏBƏB

1580 09.11.2025 22:07 Ölkə A A

"M2 - Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 15-117-ci kilometrlik hissəsində bir müddətdir ki, təmir işləri icra olunur".

Bu barədə Musavat.com-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

"Təmirlə əlaqədar olaraq, hərəkət istiqaməti mərhələli şəkildə müvəqqəti dəyişdirilir. Müvəqqəti dəyişiklik təmir işləri başa çatanadək qüvvədə olacaq. Tikinti aparılan ərazidə nəqliyyatın hərəkəti əks istiqamət üzrə ikitərəfli təşkil edilir.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan ərazilərdə hərəkət zamanı diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələri xahiş olunur", - məlumatda deyilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR