İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda çörəyin içindən taxta ÇIXDI – VİDEO

1012 30.04.2024 18:55 Ölkə A A

Bakıda müştəri aldığı çörəyin içindən taxta qırıntısı aşkarlayıb.

Musavat.com bizim.media-ya istinadən bildirir ki, bu hadisə ilə Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən Şərur MTK binasında yaşayan vətəndaşlardan biri qarşılaşıb.  Dediyinə görə "Binə" çörək zavoduna məxsus məhsul Şərur MTK binalarının yanında yerləşən "Araz" marketdən bu gün səhər alınıb. 

Evdə çörəyi kəsən zaman içərisində qaraltı görən şəxs diqqətlə baxdıqdan sonra onun taxta qırıntısı olduğunu müəyyən edib. Şəxsin bildirdiyinə görə çörəyin içərisindən çıxan taxta qırıntısının uzunluğu təxminən 3 sm-ə yaxın olub. 

Müştəri çörəyi istehsal edən "Binə" çörək zavodunun rəhbərliyinə səslənərək unun ələnməsində xüsusilə diqqətli olmalarını tələb edib. 

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə müraciət edilib

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR