İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda toydan çıxan qadınları avtomobil vurub, ölən var - FOTO, VİDEO

1586 06.05.2024 08:54 Ölkə A A

Bakının Nizami rayonunda avtomobilin vurduğu piyadalardan biri ölüb.

Qəza Bəkir Çobanzadə küçəsində baş verib.

1959-cu il təvəllüdlü Kəmalə Həmid qızı Bağırova və 1961-ci il təvəllüdlü Gülarə Oktay qızı Əfəndiyeva şadlıq evindən çıxaraq yolun əks tərəfinə keçmək istəyiblər. Həmin vaxt onları KIA markalı avtomobil vurub.

Piyadalar ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdiriliblər. Xəstəxanada müalicə alan Gülarə Əfəndiyeva həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.//APA

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR