İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakılı Klaranın oğlu - Kasparov “rus müxalifətinin atası” ola bilərmi?

2080 06.05.2023 18:33 Yazarlar A A

Kasparovun səmimi müxalifətçi olduğuna, guya Rusiya xalqına canı yandığı üçün Putin hakimiyyətinə qarşı çıxdığına inanmıram, çünki bu adam doğulduğu, çörəyini yediyi Azərbaycanın da heç vaxt təəssübünü çəkməyib...

photo_2023-03-27-11.14.15-2-617x411.jpeg (27 KB)

Rusiyada real müxalifətin ölkədə fəaliyyəti mümkünsüzdür. Son illər isə Putin hakimiyyəti sistem müxalifətindən başqa tənqidçilərin ağzını daha sərt üsullarla yummaq yolu tutub. Bu səbəbdən xüsusilə Ukrayna müharibəsi Rusiyadan kənarda fəaliyyət göstərən müxalifətin “çörəyinə yağ sürtüb” - Kremlə tənqidləri indi konkret hadisə üzərindən yönləndirirlər. Düzdür, Alla Puqaçova və ya onun gənc şoumen əri Qalkin bu sırada deyil, bəzi oliqarxlar da yalnız pullarını qaçırmaq və canlarını xilas etməklə işlərini bitmiş hesab ediblər. Amma istisna deyil ki, çox yaxın zamanlarda Kreml müxalifətçilərinin xaricdəki sıraları genişlənsin...

Rusiya müxalifəti hətta Yeltsin demokratiyası zamanı da parçalanmış şəkildə fəaliyyət göstərib. Ən əsası, bu müxalifət heç vaxt Rusiyanın qəbul edə biləcəyi ortaq (və ya buna yaxın) ideolojini formalaşdırıb rus xalqına təqdim edə bilməyiblər. Ən məşhurlarından biri - Navalnı millətçi baxışları ilə seçilirdi, Krımı da Rusiya ərazisi kimi tanımışdı, indi həbsxanadakı mövqe dəyişikliyi də bizim bəzi müxalifətçilərin həbsə düşəndən sonra namaz qılmasına bənzəyir. O səbəbdən siyasətini az-çox izlədiyim Rusiyanın müxalifət liderinin Kasparov kimi birinin olması bir az absurd, bir az da qərib və kədərli görünür... 

iy3a1069-617x411.jpg (75 KB)

İş orasındadır ki, Azad Rusiya Forumunun həmtəsisçisi olan Kasparov mayın 4-də 2023-cü il üçün Almaniyanın “Media Azadlığı Mükafatı”nı (“Freiheitspreis der Medien”) alıb. Bavariyada keçirilən mükafatlandırma mərasimində  Kasparovu “mühacirətdə olan Rusiya müxalifətinin qeyri-rəsmi lideri” adlandırıblar. Avropa Parlamentinin vitse-prezidenti Nikola Beer isə Kasparovun “azadlıq və demokratiya uğrunda mübarizənin qəhrəmanı” və “ümid işığı” olduğunu deyib.

Kasparov Rusiyada fəal siyasətə peşəkar şahmatçı kimi fəaliyyətini sonlandırdıqdan sonra - 2005-ci ildən başlayıb. “Həmrəylik” təşkilatı yaradıb və 2014-cü ilədək Rusiyada müxalifətçi kimi fəaliyyət göstərib. Maraqlıdır ki, Putin hakimiyyəti ona qarşı məhdudlaşdırıcı planlar qurmayıb, məsələn, bir dəfə də olsun uzunmüddətli həbsə düşməyib. İstəsəydilər, onu bəlkə də Nemtsovdan əvvəl aradan götürərdilər. Deməyim odur ki, Rusiyada olduğu vaxt onun müxalifətçiliyi parlaq olmayıb, personası önə çıxmayıb, bəlkə də erməni bicliyi burda da özünü göstərib. Rusiya siyasəti də “milli məsələlərdə” mühafizəkardır, Kasparov dünyada tanınmış şahmatçı olsa da, Rusiya onun vətəni olmayıb, yalnız Bakıdan qaçandan sonra bu ölkəyə sığınıb. Kasparovun səmimi müxalifətçi, guya Rusiya xalqına canı yandığı üçün Putin hakimiyyətinə qarşı çıxdığına inanmıram, çünki bu adam doğulduğu, çörəyini yediyi Azərbaycanın da heç vaxt təəssübünü çəkməyib. İşğal illərində erməniyə açıq dəstək verməsə də, 1990-cı ilin 20 yanvarından əvvəl Bakıda təşkil olunmuş iğtişaşlardan sonra qaçıb gedib. Kasparovun “Bakıda yalnız erməni olduğuna görə səni öldürürlər” ifadəsini dünyanın bir çox tanınmış KIV-lərinin o zaman manşetlərində yaydığını da unutmamışıq... 

Aprelin 13-də 60 yaşı tamam olan Kasparovun milliyyəti sovet cəmiyyətində və idman dairələrində həmişə mübahisələrə səbəb olub. Nə sirdisə, ermənilər ona aşkar sahiblənməkdən həmişə uzaq olublar. Məlumdur ki, Kasparov ata tərəfdən yəhudi, ana tərəfdən ermənidir. Atası Kim Vaynşteyn və anası Klara Kasparova bir vaxtlar “Bakı cəmiyyətinin elitası” sayılıblar. Atasının erkən ölməsi onu yəhudi kimi deyil, anasının təsiri altında böyüməsinə səbəb olub. Erməni südü Kasparovu kimə görə müxalifətçi, kimə görə nankor edib.

gettyimages-542258666-1024x1024.jpg (133 KB)

Rusiyanı tərk etdikdən sonra da müxalifətçi kimi pis dolanmır, hazırda Nyu-Yorkda dəyəri 3 milyon dollar olan evdə yaşayır. 

2016-cı ildə yaratdığı Azad Rusiya Forumunun qərargahı Litvanın paytaxtı Vilnüsdə yerləşir. Forumun vəzifəsi Rusiyadakı mövcud siyasi rejimi dəyişməkdir. Ən fəal üzvləri də Rusiyadan bu və ya digər səbəbdən qaçmış adamlardır. Mixail Xodorkovski, Rusiya baş nazirinin keçmiş müavini Alfred Kox, Gennadi Qudkov, Yevgeniya Çirikova və daha kimlər... “Roskomnadzor” Forumun saytını Rusiya ərazisində bloklayıb, ölkə ərazisində “arzuolunmaz təşkilat” kimi tanıyıb. 

Kasparovun son video-çıxışlarına baxdım, kifayət qədər sərt mövqedədir, ağıllı danışır, amma səmimi deyil.  Məsələn, son çıxışlarının birində deyir: “İstənilən diktaturanın mifologiyaya ehtiyacı var. Putinin mifologiyası qalibin, “Rusiya imperiyasını dirçədən”in mifologiyasıdır.  Putinin bu müharibədə məğlubiyyəti təkcə Ukraynanın suverenliyinin bərpası deyil. Bu, bütün Putin konsepsiyasının dağılmasıdır. Mifini itirmiş diktator hakimiyyəti saxlaya bilməz. Krım Putinin uzun illərdir rusların başına vurduğu mifologiyanın əsasını təşkil edir, ona görə də Sevastopolda Ukrayna bayrağı müharibənin sonu və Rusiyanın Putin faşizmindən azad edilməsinin başlanğıcıdır...”

Bu payızda Kasparov və İlon Mask arasında “söz atışması” olmuşdu. İş adamının Rusiya ilə Ukrayna arasındakı münaqişənin həlli ilə bağlı mövqeyi Rusiya demokratiyasının “atası”nın xoşuna gəlməmişdi. Mask isə tvitlə Kasparova belə bir cavab vermişdi: “Baxmayaraq ki, Kasparov şahmatı demək olar ki, mənim iPhone-um qədər yaxşı oynayır, amma o, axmaq adamdır”.

Bu yaxınlarda hansısa yazımda qeyd etmişdim ki, Kasparov kimi birisinin Rusiyada hakimiyyətə gəlməsi imkansızdır, amma bu barədə fikirləşmək belə adamda qarışıq duyğular yaradır. Erməni hər yerdə ermənidir, bunu heç vaxt unutmaq olmaz...  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR