İnsanlara hürriyət, millətlərə istiqlal!

Baxmut getdi, sən də get...

11538 21.05.2023 09:10 Yazarlar A A

Zelenski danışıqlarla bağlı istənilən təklifə ona görə müqavimət göstərir ki, bu münaqişənin itirəni Ukrayna və şəxsən özüdür

Ukrayna prezidenti gündoğan ölkədə-Yaponiyada “G-7”ölkələrinin sammitində iştirak edərkən, Baxmut şəhərinin Rusiya ordusunun nəzarətinə keçməsi xəbəri yayıldı. Zelenski son həftələr Kiyevdə oturmur, müxtəlif ölkələrin təyyarələri ilə ora-bura uçur, öpüşür, qucaqlaşır, gülür... Dediyinə görə, silah alır, təyyarə gələcək və sairə...

Amma başqa versiya da var, bunu artıq dünyanın ciddi nəşrləri də yazır. Müharibə edən ölkənin prezidentinin ölkə-ölkə gəzməsinin əsas izahı budur ki, Kiyevi Rusiya ilə masa araxasına orturtmağa çalışırlar. Amerika bu maddi yükü üzərində atmaq üçün bütün ölkələri hərəkətə keçirib. Diqqəti özündən ustalıqla yayındırır, qalibiyyətin şəriki çox olur, məğlubiyyəti isə heç kim bölüşmək istəmir.

Oxu.az - Zelenski Baxmut istiqamətində hərbçilərlə görüşdü - VİDEO

Bu günlərdə Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi də Kiyevdə olub və Zelenski də daxil olmaqla bütün ölkə rəsmiləri ilə görüşüb. Məlumdur ki, Çinin “sülh formulu” itirilmiş ərazilərin Ukraynaya qaytarılmasını nəzərdə tutmur. Amma Qərb o vəziyyətdədir ki, Çin kimi rəqibinin də vasitəçiliyində yararlanmaq istəyir. Yaponiyadakı sammitdə də Rusiyaya təsir etmək üçün Çinə müraciət edilməsi də təsadüfi deyil. Deyilənə görə, Çin rəsmisi atəşkəsə razılaşacağı təqdirdə Ukraynaya səxavətli sərmayələr vəd edib. Zelenskinin bu təklifə “yox” dediyi haqda məlumatlar var. Bu münaqişədən qazananlar qazandı, silah düccarları milyardlar qatladı,  Zelenski də yəqin ki, “qara günə” nəsə arxaya atıb. Amma indi ona görə danışıqlarla bağlı istənilən təklifə müqavimət göstərir ki, bu münaqişənin itirəni Ukrayna və şəxsən Zelenskidir. Qərb tərəfdaşları aradan sivişib çıxacaqlar, yenə də danışıqlarda vasitəçi olacaqlar, yenə nəsə vəd edəcəklər. Məğlubiyyəti isə Zelenski “sahiblənəcək”, onun ayağına yazacaqlar. 1 il əvvəl elə mayın 20-də Mariupol təslim oldu, bu gün də Baxmut…Vəd edilən əks-hücum isə hələ ki. yoxdur, olsa belə, 1200 kilometrlik cəbhə xəttində  nə dəyişəcək, o da müəmma…

879ec8e1abc47621ceaa2f9c643e91cb.jpg (371 KB)

Bu müharibə başlayandan yazıram: Zelenski Putinə qarşı Qərbin zopası olmağa razılaşmaqla xalqına böyük pislik, Ukraynanı isə  bədbəxt edib. Putin qədər o da bu müharibədə suçludur. Cəhənnəmi onun qədər haqq edib.

İndi belə görünür ki, müharibədə daha bir həlledici mərhələ yaxınlışır. Son aylar ən aktiv döyüşlər Donetskdən 70 km məsafədə yerləşən Baxmut (ruslar köhnə adı Artyomovsk deyirlər) uğrunda gedirdi. Şəhər yerlə-yeksan edilib. Şəhər uğrunda döyüşlərdə hər iki tərəfdən çoxsaylı itkilər səbəbindən müasir  hərb tarixinə “Baxmut ətçəkəni” kimi düşdü...

Baxmut mühüm nəqliyyat qovşağıdır, buradan avtomobil və dəmir yolları qondarma “Donetsk Xalq Respublikasının” ən iri şəhərlərinə - Kramatorsk, Qorlovka və Slavyanska, həmçinin “Luqansk  Xalq Respublikası”nda  yerləşən Luqansk, Lisiçansk və Severodonetskə uzanır. Rus ordusu Baxmutu mühasirəyə almaq üçün bir neçə yaxın şəhəri ələ keçirmişdi. Əsas döyüşləri keçmiş “sülhməramlı” Rüstəm Muradovun rəhbərlik etdiyi “Şərq” Qüvvələri, dəniz qüvvələri  və “Vaqner”in muzdlu döyüşçüləri aparırdı.

Hərbi əməliyyatlar başlayana qədər Baxmutda 72 minə yaxın əhali yaşayırdı ki, əksəriyyəti etnik ukraynalılar idi. Bəzi rusiyalı hərbi ekspertlər hesab edir ki, Baxmutun ələ keçirilməsi rus ordusunun Slavyanskı asanlıqla ələ keçirməsinə kömək etməyəcək, çünki uzun illərdir ki, bu istiqamətdə də Ukrayna ciddi müdafiə mərkəzləri yaradıb. Ukraynada da belə iddia edirlər ki, Baxmutun strateji yox, psixoloji əhəmiyyəti vardı. Yəni şəhər təslim edilsə də, vəziyyət hərbi baxımdan dəyişməyəcək. Psixoloji olaraq, ukraynıları anlamaq çətin deyil, biz də erməni işğalında bunları yaşamışıq.    

b07dbf75eeba45cae037248af1ee526a.jpg (91 KB)

“Vaqner” muzdlularının  rəhbəri Yevgeni Priqojin axşama doğru Baxmutu tam nəzarətə götürüldüyü haqda məlumat verib.   Rusiya müharibə başlayanadək Donetsk vilayətinin 7 min 853 kvadratkilometrinə, Luqansk vilayətinin isə 8 min 377 kvadratkilometrinə nəzarət edirdi. 2014-cü ildən işğal edilən  Krım (ərazisi 26 min 861 kvadratkilometr) və  Sevastopulu da (1079 kvadratkilometr)bura əlavə etsək, müharibəyədək Rusiyanın nəzarətinə keçən ərazinin ümumi sahəsi 44 min 170 kvadratkilometr idi. Ukraynanın 603 min 548 kvadratkilometr ərazisi olduğunu nəzərə alsaq, demək, son müharibəyədək ölkə ərazisinin 7,3 faizi Kiyevin nəzarətində deyildi. 52 şəhəri olan Donetsk vilayətinin ərazisi Ukrayna ərazisinin 4,4%-ni təşkil edir ki, bura 18 rayon, 52 şəhər (o cümlədən 28 rayon əhəmiyyətli), 131 şəhər tipli qəsəbə və 1118 kənd yaşayış məntəqəsi daxildir. Mərkəzi Donbasa Donetsk, Makiyevka, Qorlovka, Yenakiyevo, Xartsizsk, Pokrovsk, Amvrosiyevka, Şaxtyorsk şəhərləri daxildir. Kramatorsk, Baxmut, Slavyansk, Svyatoqorsk, Liman, Konstantinovka, Soledar Şimali Donbas hesab olunur. Şərqi Donbasa isə Luqansk, Lisiçansk, Alçevsk, Krasnodon, Severodonetsk, Krasnı Luç, Staxanov, Antrasit şəhərləri daxildir.  

b34921ca1fe01c76356c2e3e0207d418.jpg (94 KB)

Baxmutin Rusiyanın işğalı altına düşməsindən sonra sonrakı hədəf  Seversk, Marinka, Slavyansk, Konstantinovka və  Kramatorsk kimi yaşayış məntəqələrinin olacağı gözlənilir. Rus hərbi ekspertləri utanmadan onu da deyirlər ki, Rusiya bu əraziləri rəsmən özünə “birləşdidiyi” üçün ölkə konstitusiyası  bu şəhərlərin də “azad edilməsini” tələb edir. Demək, təkcə Zelenskini deyil, Putini də danışıqlar masası arxasına oturtmağa razılaşdırmaq lazım gələcək...

Nazim Sabiroğlu,
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR