İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden Ukraynaya daha bir yardım paketini təsdiqlədi: Nələr var?

708 10.05.2024 22:49 Dünya A A

ABŞ prezidenti Co Bayden Ukraynaya 400 milyon dollar məbləğində hərbi yardım göndərilməsi barədə göstəriş verib.

Musavat.com xəbər verir ki, müvafiq sənəd Ağ Evin saytında dərc olunub.

Sənəddə qeyd olunur ki, Amerika prezidenti dövlət katibinə Ukraynaya ümumi məbləği 400 milyon dollara qədər olan yardım üçün ABŞ Müdafiə Nazirliyinə, hərbi təlim və təhsilə müdafiə məhsulları və xidmətləri ayırmaq səlahiyyəti verib.
“Politico” daha əvvəl bildirmişdi ki, Kiyevə yeni yardım paketinə Patriot sistemləri üçün Stinger raketləri, həmçinin Bradley piyada döyüş maşınları, MRAP zirehli personal daşıyıcıları və tank əleyhinə Javelin sistemləri daxildir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR